NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

SOCAR-ın neft-qaz satışından gəlirləri kəskin artıb

© AFP 2024 / JOE RAEDLENeft buruğu, arxiv şəkli
Neft buruğu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.07.2022
Abunə olmaq
2021-ci ildə şirkətin təbii qaz satışından gəlirləri 76,2%, xam neft satışından gəlirləri isə 59,2% artıb.
BAKI, 24 iyul-Sputnik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft və qaz satışından gəlirləri yarıdan çox artıb. Bu barədə şirkətin məlumatında deyilir.
2021-ci ildə SOCAR-ın təbii qaz satışından gəlirləri 76,2%, xam neft satışından gəlirləri isə 59,2% artıb.
Qeyd edək ki, şirkət ötən il qaz satışından 7.074 milyard manat, neft satışından 42.065 milyard manat gəlir götürüb.
2020-ci ildə isə bu rəqəmlər müvafiq olaraq 4.015 milyard manat və 26.419 milyard manat olmuşdu.
Xəbər lenti
0