NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft ucuzlaşır

© AP Photo / Eric GayNeftlə dolu çəllək, arxiv şəkli
Neftlə dolu çəllək, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.07.2022
Abunə olmaq
Həftə ərzində Azərbaycan neftinin qiyməti 6,32 dollar və ya 5,2% azalıb.
BAKI, 23 iyul-Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb. Neftin bir barelinin qiyməti 1,46 ABŞ dolları və ya 1,2% azalaraq 115,42 dollar təşkil edib.
"Brent" neftinin qiyməti 0,64 faiz azalaraq 1 barelə görə 103,2 dollar olub. "WTI" markalı neftin 1 barelinin qiyməti isə 1,71% azalaraq 94,7 dollar təşkil edib.
Son vaxtlar ABŞ-da yanacağa tələbin azalacağı barədə proqnozlar, pandemiyanın neftə olan tələbi azaldacağı barədə məlumatlar qiymətlərin aşağı düşməsinə təsir göstərir.
Həftə ərzində "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 118,95 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 3,28 dollar və ya 2,8% çoxdur.
Həftə ərzində Azərbaycan neftinin qiyməti 6,32 dollar və ya 5,2% azalıb.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Xəbər lenti
0