Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda orta aylıq maaşlar artıb

© Sputnik / Murad OrujovManat, arxiv şəkli
Manat, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.07.2022
Abunə olmaq
Ölkə əhalisinin gəlirləri 20 faizə yaxın yüksəlib - əhalinin hər nəfərinə orta hesabla 3279,6manatlıq gəlir düşüb.
BAKI, 23 iyul-Sputnik. Cari ilin birinci yarısında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 19,9 faiz artaraq 32 milyard 959,7 milyon manata çatıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 3279,6 manatlıq gəlir düşüb.
Əhalinin sərəncamında qalan gəlirləri 29 milyard 371,8 milyon manat təşkil edib.
Əməkhaqqı
2022-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,0 faiz artaraq 825,3 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3577,4 manat, qeyri neft-qaz sektorunda 772,5 manat təşkil edib. Dövlət
müəssisələrində çalışan işçilərin əməkhaqları 767,7 manat, özəl müəssisələrdə isə 891,9 manat olub.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Xəbər lenti
0