CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdan Naxçıvana yeni avtobus reysi açılır

© Baku International Bus Terminal ComplexAvtobuslar, arxiv şəkli
Avtobuslar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.07.2022
Abunə olmaq
Sərnişinlər yaş kateqoriyasına görə biletin 50 faizini ödəyəcəklər.
BAKI, 22 iyul — Sputnik. Bu gündən Bakı-Naxçıvan istiqaməti üzrə yeni avtobus reysi açılır.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb.
Məlumata görə, avtobus hər gün axşam saat 21:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək və səhər saat 9:00-da Naxçıvan şəhərinə çatacaq. 5 yaşına qədər uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşına qədər uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.
Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür. Biletləri avtovağzalın kassalarından və https://avtovagzal.az/ saytından onlayn qaydada əldə etmək mümkündür.
Qeyd edək ki, İran ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil körpülərini 1 ilə tikib istifadəyə vermək haqqında razılığa gəlinib.
Xəbər lenti
0