Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

BRICS əvəzinə BRICSTES - təşkilatın genişləndirilməsi hazırda niyə vacibdir?

© Sputnik / Alexei Danichev / Mediabanka keçidBRICS-ə üzv ölkələrin bayraqları, arxiv şəkli
BRICS-ə üzv ölkələrin bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.07.2022
Abunə olmaq
Dünyada iqtisadi tənəzzülün aktuallaşması fonunda yeni ölkələrin BRICS-ə qəbulu ittifaqın mövqeyini gücləndirə bilər. Səudiyyə Ərəbistanı, Misir və Türkiyə qoşulmaqla nə verə bilər?
BAKI, 20 iyul — Sputnik. Dünyada dəyişən geosiyasi vəziyyətin iqtisadi əməkdaşlıq xəritəsində dəyişikliklərə səbəb olacağı, güc balansının yenidən qurulması Qərbin xeyrinə olmamasına heç kim təəccüblənməyəcək. Qərbin dünya iqtisadi səhnəsindəki hegemonluğu, son günlər baş verənlərdən də göründüyü kimi, sürətlə aktuallığını itirir.
Avrozona valyutasının ucuzlaşması, iqtisadi artımın ləngiməsi və Avropa ölkələrində ÜDM-in artımı ilə bağlı məyusedici proqnozlar son illərdə Avropa İttifaqının dünya iqtisadi arenasındakı nüfuzuna ciddi zərbə vurub. "Böyük iyirmilik" (G20) təşkilatında da bədbinlik müşahidə olunur - dünyadakı geosiyasi vəziyyət təşkilat üzvlərinin qarşılıqlı fəaliyyətinə böyük təsir göstərib və beynəlxalq problemlərin həllində onun mövqeyini zəiflədib.
Rolu xeyli azalmış bir sıra iqtisadi təşkilatlardan fərqli olaraq, BRICS son vaxtlar dünya iqtisadiyyatları üçün önəmli birliyə çevrilib. 2022-ci ildə artıq beş ölkə BRICS sıralarına qoşulmaq istədiklərini bəyan ediblər – Argentina və İran ötən ay üzvlük üçün müraciət ediblər.
Yaxın Şərq coğrafiyasının və regionun əsas iqtisadiyyatlarının ən mühüm oyunçuları - Türkiyə, Səudiyyə Ərəbistanı və Misir də təşkilata üzv olmaq niyyətlərini açıqlayıb.
Xammal ixracatçıları və məhsul istehsalçıları
BRICS ölkələrinin ÜDM-i hazırda dünya iqtisadiyyatının təxminən 25%-ni, assosiasiyaya üzv ölkələrin əhalisi isə dünya əhalisinin 40%-dən çoxunu təşkil edir.
Eyni zamanda, BRICS ölkələrinin ticarət dövriyyəsi dünya ticarətinin təxminən 20% -ni təşkil edir.
Bu gün BRICS ən böyük enerji xammalı ixracatçılarını və öz aralarında qarşılıqlı əlaqəni artıran istehsalçıları birləşdirir.
Belə ki, dünya bazarına enerji resurslarının əsas tədarükçülərindən biri olan Rusiya son aylar neft ixracına qoyulan məhdudiyyətlər səbəbindən bəzi BRICS iştirakçıları istiqamətində bu növ xammalın satışını artırıb. May ayında Rusiya neftinin Çinə ixracı əvvəlki ilin may ayı ilə müqayisədə 55% artaraq Səudiyyə Ərəbistanını üstələyib və Rusiyanı bu ölkənin ən böyük neft tədarükçüsü edib.
Eyni zamanda, Hindistan bu ilin aprelindən iyun ayına qədər Rusiyadan neft idxalını 50 dəfə atırıb, nəticədə isə Rusiya ikinci ən böyük neft ixracatçısına çevirib.
BRICS-də iştirak edən ölkələrlə birliyə üzv olan namizədlər arasında da iqtisadi əməkdaşlıq artır. Belə ki, 2022-ci ilin aprel-iyun ayları ərzində Səudiyyə Ərəbistanı 647 min ton Rusiya yanacağı idxal edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.
Yeni iştirakçılar BRICS-ə nə verəcəklər?
Əgər Argentina və İranın BRICS-ə üzv olmaq məsələsi birliyin digər üzvləri arasında müəyyən suallar doğurursa, o zaman Yaxın Şərqin Səudiyyə Ərəbistan, Misir və Türkiyə kimi nəhənglərinin öz sıralarına qəbul edilməsi təşkilat üçün böyük üstünlük olacaq.
Bu gün İran nəhəng enerji imkanlarına baxmayaraq, sanksiya qadağaları səbəbindən enerji resurslarının tədarükü ilə bağlı ciddi çətinliklər yaşayan, bir sıra iqtisadi problemlərlə üzləşən bir ölkədir.
İqtisadçıların "defoltlar ölkəsi" adlandırdıqları Argentina isə yenidən iqtisadi böhranla mübarizə aparır və Buenos-Ayresin BRICS-ə daxil olması birliyə faydadan çox problemlər gətirə bilər.
Bu iki ölkənin fonunda üç yeni müraciət təşkilat üçün olduqca cəlbedici görünür. Məlum olduğu kimi, ötən ilin sonunda iqtisadi artım tempi 10%-ə yaxınlaşan Səudiyyə Ərəbistan həm də dünya bazarına neft ixrac edən aparıcı ölkədir. Ər-Riyad bütün BRICS ölkələri ilə fəal qarşılıqlı əlaqədə olmaqla, birliyin iqtisadi potensialının inkişafına mühüm töhfə verə bilər.
Misir və Türkiyə həm də regionun iri iqtisadiyyatlarının təmsilçiləridir - Qahirə mayeləşdirilmiş təbii qaz hasilatı potensialını artırır, Ankara isə faktiki olaraq bu gün Yaxın Şərq regionunun sənayesinin mərkəzidir.
Ümumi valyuta ehtiyatları və milli valyutalarda hesablaşmalar
Ər-Riyadın, Ankaranın və Qahirənin BRICS-ə qəbul edilməsi ümumi valyuta ehtiyatlarının artmasına da kömək edəcək - 2014-cü ildən ittifaq üzvləri Beynəlxalq Valyuta Fondunu əvəz edəcək təşkilatın yaradılması məsələsi üzərində işləyirlər. Valyuta ehtiyatının yaradılmasında məqsəd BRICS ölkələrinin Mərkəzi Bankları tərəfindən ittifaq üzvlərinə qarşılıqlı pul vəsaitlərin verilməsidir.
Yeni iştirakçılar BRICS ölkələri tərəfindən yaradılmış beynəlxalq maliyyə təşkilatı olan Yeni İnkişaf Bankının (YİB) inkişafına da töhfə verə bilərlər. Onlar təşkilat ölkələrində infrastruktur layihələrini maliyyələşdirmək məqsədi daşıyan bank fəaliyyətinin genişləndirilməsinə kömək edəcəklər.
Bundan əlavə, BRICS-in genişləndirilməsi iştirakçı ölkələrə milli valyutalarda xarici ticarət hesablaşmalarının payını artırmağa kömək edərdi. Xüsusən də son aylar türk valyutasının dollara nisbətən ucuzlaşmasından böyük zərər çəkən Türkiyə hesablaşmalarda milli valyutaya keçməkdə maraqlı olardı.
Azərbaycanın perspektivləri
Azərbaycanla Türkiyə arasında sıx əməkdaşlığı nəzərə alsaq, Ankaranın BRICS-ə daxil olması Bakı üçün də təşkilata bir növ "pəncərə" ola bilər. Üstəlik, Azərbaycan BRICS üzvləri ilə ikitərəfli əməkdaşlığın uğurlu modelini artıq qurub və təşkilat çərçivəsində tərəfdaşlarla qarşılıqlı əlaqənin inkişafı ittifaq ölkələrinin yeni bazarlara çıxmasına töhfə verə bilər.
Eyni zamanda, Azərbaycan BRICS ölkələrinin də fəal şəkildə istifadə etdiyi beynəlxalq nəqliyyat dəhlizlərinin bir hissəsidir, ona görə də ittifaq çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində yük axınını artırmağa imkan verə bilər.
Ümumiyyətlə, bu gün dünyada inflyasiyanın sürətlənməsi və ərzaq təhlükəsizliyi məsələsinin aktuallığı fonunda BRICS-in genişlənməsi mühüm əhəmiyyət kəsb edir. İttifaq ölkələri öz imkanlarını birləşdirərək, bu və ya digər növ xammal çatışmazlığının azaldılmasına, eləcə də sənaye və kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına kömək edə bilər ki, bu da dünyada ərzaq təhlükəsizliyi risklərini azalda bilər.
Xəbər lenti
0