Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda alüminium məhsulları istehsal edən birgə müəssisə yaradılacaq

© Sputnik / Сергей Аверин / Mediabanka keçidAlüminium məhsulu
Alüminium məhsulu - Sputnik Azərbaycan, 1920, 19.07.2022
Abunə olmaq
Layihənin Almaniya şirkəti ilə birgə həyata keçirilməsi Gəncədə 800 yeni iş yerinin yaradılmasına imkan verəcək.
BAKI, 19 iyul — Sputnik. "Azərbaycan Sənaye Korporasiyası" (ASK) və Almaniyanın "Achenbach Buschhütten" şirkəti alüminium məhsullarının istehsalı üzrə birgə müəssisə yaradacaqlar. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazirin sözlərinə görə, birinci mərhələdə Gəncədə həyata keçiriləcək layihəyə investisiyaların məbləği 132 milyon dollar, illik istehsal gücü isə 105 min ton təşkil edəcək.
"Layihənin həyata keçirilməsi 800-dən çox yeni iş yerinin yaradılmasına, ölkədə alüminium sənayesinin inkişafına, rəqabət qabiliyyətinin artırılmasına və ixrac imkanlarının artırılmasına kömək edəcək", - deyə Cabbarov öz "Twitter" hesabında qeyd edib.
Xatırladaq ki, "Azərbaycan Sənaye Korporasiyası" (ASK) ASC-nin yaradılması haqqında sərəncamı 2017-ci ilin noyabrında Prezident İlham Əliyev tərəfindən imzalayıb.
ASK-nın yaradılmasında məqsəd dövlət əmlakından istifadənin səmərəliliyini artırmaq, korporativ idarəetmə və hesabatlar vasitəsilə nəzarət sisteminin tətbiqi, dövlət müəssisələri arasında əməkdaşlıq üçün əlverişli şərait yaratmaq və istehsal potensialını artırmaqdır. Korporasiyanın nizamnamə kapitalı 500 milyon manata bərabərdir.
Xəbər lenti
0