Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanla Qırğızıstan arasında hava əlaqəsi barədə Saziş təsdiqləndi

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 15.07.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Tərəflər bu sazişi öz dövlətlərinin müvafiq əraziləri arasında hava əlaqəsini yaratmaq məqsədilə razılığa gələrək imzalayıblar.
BAKI, 15 iyul — Sputnik. "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında" 2022-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu imzalayıb.
Tərəflər bu sazişi öz dövlətlərinin müvafiq əraziləri arasında hava əlaqəsini yaratmaq məqsədilə razılığa gələrək imzalayıblar. Bu saziş razılığa gələn tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları yerinə yetirməsi barədə sonuncu yazılı bildirişin diplomatik kanallarla alındığı tarixdən qüvvəyə minir.
Saziş qeyri-müəyyən müddətə bağlanılıb.
Aprelin 20-də Bakıda geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.
Həmin mərasimdə "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında Saziş"i Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğız Respublikasının nəqliyyat və kommunikasiya naziri Erkinbek Osoyev imzalayıblar.
Xəbər lenti
0