https://sputnik.az/20220715/avropa-ttifaqi-ukraynaya-yardimi-9-defe-azaldir-444017830.html
Avropa İttifaqı Ukraynaya yardımı 9 dəfə azaldır
Avropa İttifaqı Ukraynaya yardımı 9 dəfə azaldır
Sputnik Azərbaycan
Avropa İttifaqının mayda Ukraynaya vəd etdiyi külli miqdarda yardım, ittifaqın ciddi iqtisadi problemlərlə üz-üzə qalmasına görə azaldılır. 15.07.2022, Sputnik Azərbaycan
2022-07-15T16:01+0400
2022-07-15T16:01+0400
2022-07-15T16:06+0400
avropa ittifaqı
dünya xəbərləri
ukrayna
yardım
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441333715_0:0:3113:1751_1920x0_80_0_0_ad5468f73c4dedc5e57b4960cc9d7277.jpg
BAKI, 15 iyul — Sputnik. İqtisadiyyatdakı ciddi problemlərə görə Avropa İttifaqı Ukraynaya yardım üçün nəzərdə tutulan 9 deyil, 1 milyard avro göndərəcək. Bu barədə "Bloomberg" məlumat yayıb.Avropa İttifaqının mayda Ukraynaya vəd etdiyi külli miqdarda yardım, ittifaqın ciddi iqtisadi problemlərlə üz-üzə qalmasına görə azaldılır.Materialda deyilir ki, daha əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynaya təcili kredit kimi 9 milyard avro göndərməyi təklif edib. Lakin indiyə qədər yalnız 1 milyard avro məbləğində ilkin tranş üzrə razılığa gəlmək mümkün olub.Bildirilir ki, yardım paketinin əsas hissəsi Kiyevə kreditdən daha çox qrantların tərəfdarı olan AK ilə Almaniya arasında fikir ayrılıqları səbəbindən bloklanıb.Bundan əlavə, Almaniya Ukrayna qarşısında kredit öhdəliklərini azaltmaq istəyir. Bildirilir ki, Berlin artıq BVF vasitəsilə Kiyevə 1 milyard avro geri qaytarılmayan qrant köçürüb.Bundan əvvəl "Bloomberg" mənbələrə istinadən xəbər vermişdi ki, Kiyevin 750 milyard dollar dəyərində qiymətləndirdiyi ölkənin bərpası planından Avropa Komissiyasının maliyyənin böyük hissəsini Ukraynaya ayırmaq təklifi bir sıra Aİ ölkələrini qorxudur. Səbəblərdən biri mümkün korrupsiyadır.İyulun 4-də Ukraynanın baş naziri Denis Şmıqal bəyan edib ki, Ukraynanın bərpası planı 750 milyard dollar qiymətləndirilir və Rusiyanın müsadirə olunmuş aktivləri onun əsas mənbəyinə çevrilməlidir.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441333715_52:0:2783:2048_1920x0_80_0_0_f0f204ba751579bdf78d8b29a998c13e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
avropa ittifaqı, ukrayna, yardım
avropa ittifaqı, ukrayna, yardım
Avropa İttifaqı Ukraynaya yardımı 9 dəfə azaldır
16:01 15.07.2022 (Yenilənib: 16:06 15.07.2022) Avropa İttifaqının mayda Ukraynaya vəd etdiyi külli miqdarda yardım, ittifaqın ciddi iqtisadi problemlərlə üz-üzə qalmasına görə azaldılır.
BAKI, 15 iyul — Sputnik. İqtisadiyyatdakı ciddi problemlərə görə Avropa İttifaqı Ukraynaya yardım üçün nəzərdə tutulan 9 deyil, 1 milyard avro göndərəcək. Bu barədə "Bloomberg" məlumat yayıb.
Avropa İttifaqının mayda Ukraynaya vəd etdiyi külli miqdarda yardım, ittifaqın ciddi iqtisadi problemlərlə üz-üzə qalmasına görə azaldılır.
Materialda deyilir ki, daha əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynaya təcili kredit kimi 9 milyard avro göndərməyi təklif edib. Lakin indiyə qədər yalnız 1 milyard avro məbləğində ilkin tranş üzrə razılığa gəlmək mümkün olub.
Bildirilir ki, yardım paketinin əsas hissəsi Kiyevə kreditdən daha çox qrantların tərəfdarı olan AK ilə Almaniya arasında fikir ayrılıqları səbəbindən bloklanıb.
Bundan əlavə, Almaniya Ukrayna qarşısında kredit öhdəliklərini azaltmaq istəyir. Bildirilir ki, Berlin artıq BVF vasitəsilə Kiyevə 1 milyard avro geri qaytarılmayan qrant köçürüb.
Bundan əvvəl "Bloomberg" mənbələrə istinadən xəbər vermişdi ki, Kiyevin 750 milyard dollar dəyərində qiymətləndirdiyi ölkənin bərpası planından Avropa Komissiyasının maliyyənin böyük hissəsini Ukraynaya ayırmaq təklifi bir sıra Aİ ölkələrini qorxudur. Səbəblərdən biri mümkün korrupsiyadır.
İyulun 4-də Ukraynanın baş naziri Denis Şmıqal bəyan edib ki, Ukraynanın bərpası planı 750 milyard dollar qiymətləndirilir və Rusiyanın müsadirə olunmuş aktivləri onun əsas mənbəyinə çevrilməlidir.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.