CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü və sərnişinlər saxlanılıb

© AFP 2024 / RODGER BOSCHNarkotik, arxiv şəkli
Narkotik, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.07.2022
Abunə olmaq
Avtomobildəki qadının üzərindən narkotik maddə götürülüb.
BAKI, 14 iyul — Sputnik. Paytaxt istiqamətində hərəkətdə olan "DACİA" markalı, 90-CY-871 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ramin Xəlilov nəzarət qaydasında DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının VII taqımının əməkdaşları tərəfindən saxlanılıb.
BDYPİ-dən bildirilib ki, sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub.
Müayinə zamanı R.Xəlilovun narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.
Keçirilən əməliyyat tədbirlərinin davamı olaraq həmin nəqliyyat vasitəsində sərnişin qismində olan Lalə Mirqasımovanın üzərindən ümumi çəkisi 10,366 qram olan heroin, 11,319 qram metamfetamin, C.Hüseynzadənin üzərindən isə ümumi çəkisi 7,62 qram olan qurudulmuş marixuana aşkar edilib.
R.Xəlilovun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib, C.Hüseynzadə və L.Mirqasımova isə aidiyyəti üzrə Hacıqabul RPŞ-yə təhvil verilib.
Qeyd edək ki, bir müddət öncə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında avtobus idarə edən Rəşad Nəcəfovun qanunazidd əməllərinin qarşısı alınıb.
Sulutəpə qəsəbəsindən paytaxt istiqamətində hərəkətdə olan "MİDİBUS" markalı, 90-CT-684 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Rəşad Nəcəfov Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Rəşad Nəcəfovun narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.
Rəşad Nəcəfov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Rəşad Nəcəfov nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0