Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gömrük Komitəsinin vəzifəli şəxsinin intiharı ilə bağlı rəsmi açıqlama

© Sputnik / Murad OrujovGömrük Komitəsinin binası
Gömrük Komitəsinin binası - Sputnik Azərbaycan, 1920, 14.07.2022
Abunə olmaq
BAKI, 14 iyul — Sputnik. Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini intihar edib. Baş Prokurorluq faktı təsdiqləyib. Bildirilir ki, hadisə Astara rayonu Rüdəkənar kəndində qeydə alınıb.
Orada kirayədə yaşayan, 1986-cı il təvəllüdlü Cahangirli Əli Nəcəfalı oğlu özünü asaraq öldürüb.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
Dövlət Gömrük Komitəsi gömrük şöbəsinin rəis müavini 1986-cı il təvəllüdlü Cahangirli Əli Nəcəfalı oğlunun özünü asaraq intihar etməsi ilə bağlı hadisəyə münasibət bildirib.
Komitənin mətbuat xidmətindən bildirilib ki, təəssüf ki, belə bir hadisə yaşanıb:
"Hadisə Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində baş verib. Hadisənin səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0