DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dünyada COVID-19-a yoluxma halları 559,5 milyonu ötüb

© AP Photo / Andrew Medichiniİtaliyada tibbi maskada olan insanlar
İtaliyada tibbi maskada olan insanlar - Sputnik Azərbaycan, 1920, 14.07.2022
Abunə olmaq
Yoluxanların və bu xəstəlikdən vəfat edənlərin sayına görə ABŞ - 89 221 950 və 1 023 619 nəfərlə liderdir.
BAKI, 14 iyul — Sputnik. ABŞ-ın Cons Hopkins Universitetinin məlumatına görə, cümə axşamı səhər saatlarına dünyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 559 535 709 nəfərə çatıb. Bu barədə Rusiya mediası məlumat verir.
Dünyada virusun yayılmasından indiyədək COVID-19 infeksiyasına görə 6 363 300 nəfər dünyasını dəyişib.
Yoluxma sayı 20 milyondan çox olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya var.
Koronavirusa yoluxanların və bu xəstəlikdən vəfat edənlərin sayı müvafiq olaraq:
ABŞ - 89 221 950 və 1 023 619 nəfər.
Hindistan - 43 689 989 və 525 557 nəfər.
Braziliya - 33 076 779 və 674 482 nəfər.
Fransa - 32 881 645 və 151 454 nəfər.
Almaniya - 29 460 249 və 142 284 nəfər.
Böyük Britaniya - 23 280 870 nəfər.
Dünyada baş verən mühüm hadisələrlə bağlı statistik məlumatlar üzrə ixtisaslaşmış "Worldometer" portalının məlumatına görə, cümə axşamı səhər saatlarına planetdə hər 1 milyon nəfərə ölüm nisbəti 818,4 təşkil edib.
Hindistanda hər 1 milyon əhaliyə 373 nəfər, Braziliyada 3128 nəfər, Fransada 2294 nəfər, Almaniyada 1687 nəfər, Böyük Britaniyada 2634 nəfər vəfat edib. ABŞ haqqında isə məlumat verilmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0