https://sputnik.az/20220713/bahalasan-tekce-a-95-deyil-ve-bunun-neticesi-ne-olacaq---resmilerle-ekspertlerin-baxisi-443946823.html
Bahalaşan təkcə "Aİ-95" deyil və bunun nəticəsi nə olacaq - rəsmilərlə ekspertlərin baxışı
Bahalaşan təkcə "Aİ-95" deyil və bunun nəticəsi nə olacaq - rəsmilərlə ekspertlərin baxışı
Sputnik Azərbaycan
SOCAR Petrolium bəyan edir ki, hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9%-i "Aİ-95" premium və "Aİ-98" super markalı benzinin payına düşür. 13.07.2022, Sputnik Azərbaycan
2022-07-13T12:00+0400
2022-07-13T12:00+0400
2022-07-13T12:09+0400
benzin
iqtisadiyyat
bahalaşma
bəzi yanacaq növlərinin qiymətinin bahalaşması
https://cdnn1.img.sputnik.az/img/41142/66/411426667_0:0:2000:1125_1920x0_80_0_0_09f72d4a08c035bc6704daf7f7dd1297.jpg
BAKI, 13 iyul — Sputnik. Bu gecə Azərbaycanda "Aİ-95" premium markalı benzinin qiyməti bahalaşıb. "Aİ-95" premium markalı benzinin qiyməti 0,4 manat bahalaşaraq 2 manata yüksəlib. Sputnik Azərbaycan "Aİ-95" premium markalı benzinin qiymətinin bahalaşmasının hansı sürücülərin cibinə təsir edəcəyini və avtomobil bazarında qiymətlərə təsir edib-etməyəcəyini araşdırıb.Qiyməti bir şirkət diktə edirİqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan "Aİ-95" premium markalı benzini xaricdən alır. Xaricdə qiymət artımı ilə əlaqəli olaraq Azərbaycanda da qiymət qalxıb. İqtisadçı bildirib ki, "Aİ-95" premium markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. "Onun sözlərinə görə, bir neçə il öncə "Aİ-95" markalı benzin Tarif Şurasının siyahısından çıxardılıb: "Amma o vaxt elan olunmuşdu ki, rəqabətli mühitdə qiymətlər formalaşacaq. Bildirildi ki, şirkətlər istədiyi ölkədən benzin gətirib sata biləcək. Təəssüf ki, bu baş vermədi, ölkəyə "Aİ-95" markalı benzini yalnız bir şirkət gətirir. Bu da SOCAR-ın törəmə şirkətidir. Qiyməti də həmin şirkət diktə edir. Burada rəqabət mühitindən söhbət gedə bilməz".Avtomobil parkının yenilənməsi ləngiyəcəkN. Cəfərli bildirib ki, "Aİ-95" premium markalı benzin logistikada, yükdaşımada, kənd təsərrüfatında istifadə olunmur. Bu səbəbdən birbaşa qiymətlərə təsir etməsə də, ölkəyə yeni avtomobillərin gətirilməsinə mənfi mənada təsir edəcək: "Rəsmi şəxslər çıxışlarında qeyd ediblər ki, ölkəmizə yeni avtomobillər gəlməlidir ki, ekoloji və təhlükəsizliklə bağlı problemlər həll olunsun. Nəticə etibarilə ölkəmizə 2017-2019-cu illərdə gətirilən avtomobil sürücüləri də məcburdur ki, "Aİ-95" markalı benzindən istifadə etsin. Çünki onların avtomobillərinn bütün sistemi Avropa standartlarına uyğun quraşdırılıb. Bu sürücülər də ziyana düşəcək. "Aİ-92" markalı benzin istifadə etdikdə bir müddətdən sonra mühərrik, yanacaq, injekt hissələrinə ziyan dəyir. Bu mif doğru deyil ki, bahalı avtomobilləri ancaq varlılar istifadə edir. Elə avtomobillər var ki, "Aİ-95" markalı benzin üçün nəzərdə tutulub. Təbii ki, bu son bahalaşmadan onların sahibləri də ziyan görəcək".Dizelin və "Aİ-92" markalı benzin də bahalaşa bilərmi?İqtisadçı bildirib ki, bu bahalaşmadan sonra "Aİ-92" markalı benzinin və dizelin də qiymətlərinin artmayacağı barədə qəti fikir söyləmək olmaz: " "Aİ-92" markalı benzinin və dizelin də qiymətləri dövlət tərəfindən tənzimlənir. Əgər qərar veriləcəksə, dövlət tərəfindən veriləcək. Çünki, ölkəmizdə çox ciddi infilyasiya var. Dizel və "Aİ-92" markalı benzin isə kənd təsərrüfatında və ərzağın daşınmasında maya dəyərinin əsas hissəsini təşkil edir. Əgər hökumət belə bir sərt qərar versə, ölkəmizdə infilyasiyanın sürəti daha da artacaq ki, bu da sosial problemləri gərginləşdirəcək".Avtomobil bazarında durğunluq yaranacaqNəqliyyat üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında "Aİ-95" markalı benzinin qiymətinin bahalaşmasının avtomobil bazarına təsirini şərh edib. Ekspert bildirib ki, "Aİ-95" markalı benzinin qiymətinin bahalaşdıqca avtomobil bazarında premium markalı benzin işlədən avtomobillərə maraq azalır. Ekspert bildirib ki, gündəlik gəliri yüksək olanlar üçün "Aİ-95" markalı benzinin qiymətinin bahalaşması o qədər də çətinlik yaratmayacaq. Amma E. Muradlı bildirib ki, qiymət artımı avtomobil parkının yenilənməsinə təsirsiz ötüşməyəcək. Onun sözlərinə görə, premium benzinlə işləyən avtomobillərin ölkəmizə gətirənlər satışında əziyyət çəkəcək. Bu da həmin avtomobillərin satış bazarında durğunluq yaradacaq.Ümid yerli istehsaladırE. Muradlı deyir ki, çıxış yolu odur ki, Azərbaycanın özünün "Aİ-95" markalı benzin istehsalına başlasın: "İdxaldan asılılıq bizdə qiymət artımına səbəb olur. Yaxşı olar ki, premium markalı benzin ölkəmizdə istehsal edilsin. Artıq bunun üçün işlərə başlanılıb. Çünki, "Aİ-95" markalı benzini istehsal edən dövlətlər özü nefti bizdən alıb aparır".Həmsöhbətimiz deyir ki, premium benzinin bahalaşmasını dünya bazarında neftin qiymətinin artması ilə izah edənlər, neftin qiyməti aşağı düşəndə benzinin qiymətini ucuzlaşdırmırlar: "Bu cür əsaslandırma doğru deyil. Çünki, qiymət artımı çox böyük artımdır. Birdən birə qiyməti 25 faiz, 40 qəpik civarında bahalaşdırmaq əndazəni aşmaq deməkdir. Sözsüz ki, bu cəmiyyət tərəfindən birmənalı qarşılanmayacaq".Tıxacın qarşısı yanacağın bahalaşdırılması hesabına alına bilməz!Ekspert deyir ki, benzinin qiymət artımının bir səbəbi də yollarda sıxlığı azaltmaq ola bilər. Amma E. Muradlı bunun doğru yanaşma olmadığı qənaətindədir: "Tıxacın qarşısını almaq üçün benzinin qiymətini, aksiz və ƏDV -ni artırmaq çıxış yolu deyil. Əksinə yol şəbəkəsi genişlənməlidir".Nəqliyyat məsələləri üzrə hüquqşunas Ərşad hüseynov da bildirib ki, premium markalı "Aİ-95" benzinin qiymətinin ciddi şəkildə (25 %) bahalaşıb. O, söyləyibb ki, kimlərsə yollarda fərdi avtomobillərin sayının artmasının qarşısını həm də bu üsulla – yanacağı bahalaşdırmaqla alnaq istəyirlər: "Lakin bu çox yanlış yanaşmadır. Fərdi avtomobillərdən istifadəni azaltmaq üçün ictimai nəqliyyatı inkişaf etdirmək, mikromobillik (velosipeddən nəqliyyat kimi istifadə və s.) üçün münbit zəmin yaratmaq lazımdır. Yanacağın qiymətinin artması yalnız yeni və daha ağır problemlər doğura bilər"."SOCAR Petroleum"-dan qiymət artımına şərhSOCAR Petroleum-dan isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirildi ki, xarici ölkələrdən Azərbaycana idxal edilən "Aİ-95" premium və "Aİ-98" super markalı benzinin qiymətində dəyişiklik baş verib. Dəyişikliyə əsasən, cari ilin iyul ayının 12-dən 13-nə keçən gecə "Aİ-95" premium markalı benzinin satışı 2,00 AZN-dən, "Aİ-98" markalı benzinin satışı isə 2,30 AZN-dən həyata keçirilməyə başlanıb: "Hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9%-i "Aİ-95" premium və "Aİ-98" super markalı benzinin payına düşür. Ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi, sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir" .Sentyabrda qiymət qalxmışdıQeyd edək ki, ötən ilin sentyabr ayının 15-dən etibarən ölkəmizdə Aİ-95 ("Premium") və Aİ-98 ("Super") markalı benzinin qiymətində artım baş verib. Aİ-95 markalı benzinin qiyməti 1,60 AZN, Aİ-98 markalı benzinin qiyməti isə 1,90 AZN olub.Bu qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən Aİ-95 markalı benzinin qiyməti 1,45 AZN, Aİ-98 markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.Məlumat üçün onu da bildirək ki, Aİ-92 markalı benzinin qiymətini Tarif Şurası müəyyən edir. Azərbaycanda yanacağın qiymətinə sonuncu dəfə ötən ilin yanvarında dəyişiklik edilib. Yanvarın 4-də Tarif Şurasının iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.Tarif Şurası bu qərarı istehsal olunan neft məhsullarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədi ilə neft emalı sənayesində yenidənqurma, modernləşdirmə işlərinin davam etdirilməsi, tənzimlənən qiymətlərin sayının azaldılması, bazar münasibətlərinin formalaşdırılması istiqamətində dövlət siyasətini nəzərə alaraq verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41142/66/411426667_220:0:1927:1280_1920x0_80_0_0_a6891cfe8ba7c96770d1f8b6ff5db04c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
benzin, bahalaşma, bəzi yanacaq növlərinin qiymətinin bahalaşması
benzin, bahalaşma, bəzi yanacaq növlərinin qiymətinin bahalaşması
Bahalaşan təkcə "Aİ-95" deyil və bunun nəticəsi nə olacaq - rəsmilərlə ekspertlərin baxışı
12:00 13.07.2022 (Yenilənib: 12:09 13.07.2022) SOCAR Petrolium bəyan edir ki, hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9%-i "Aİ-95" premium və "Aİ-98" super markalı benzinin payına düşür.
BAKI, 13 iyul — Sputnik. Bu gecə Azərbaycanda "Aİ-95" premium markalı benzinin qiyməti bahalaşıb. "Aİ-95" premium markalı benzinin qiyməti 0,4 manat bahalaşaraq 2 manata yüksəlib. Sputnik Azərbaycan "Aİ-95" premium markalı benzinin qiymətinin bahalaşmasının hansı sürücülərin cibinə təsir edəcəyini və avtomobil bazarında qiymətlərə təsir edib-etməyəcəyini araşdırıb.
Qiyməti bir şirkət diktə edir
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan "Aİ-95" premium markalı benzini xaricdən alır. Xaricdə qiymət artımı ilə əlaqəli olaraq Azərbaycanda da qiymət qalxıb. İqtisadçı bildirib ki, "Aİ-95" premium markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. "Onun sözlərinə görə, bir neçə il öncə "Aİ-95" markalı benzin Tarif Şurasının siyahısından çıxardılıb: "Amma o vaxt elan olunmuşdu ki, rəqabətli mühitdə qiymətlər formalaşacaq. Bildirildi ki, şirkətlər istədiyi ölkədən benzin gətirib sata biləcək. Təəssüf ki, bu baş vermədi, ölkəyə "Aİ-95" markalı benzini yalnız bir şirkət gətirir. Bu da SOCAR-ın törəmə şirkətidir. Qiyməti də həmin şirkət diktə edir. Burada rəqabət mühitindən söhbət gedə bilməz".
Avtomobil parkının yenilənməsi ləngiyəcək
N. Cəfərli bildirib ki, "Aİ-95" premium markalı benzin logistikada, yükdaşımada, kənd təsərrüfatında istifadə olunmur. Bu səbəbdən birbaşa qiymətlərə təsir etməsə də, ölkəyə yeni avtomobillərin gətirilməsinə mənfi mənada təsir edəcək: "Rəsmi şəxslər çıxışlarında qeyd ediblər ki, ölkəmizə yeni avtomobillər gəlməlidir ki, ekoloji və təhlükəsizliklə bağlı problemlər həll olunsun. Nəticə etibarilə ölkəmizə 2017-2019-cu illərdə gətirilən avtomobil sürücüləri də məcburdur ki, "Aİ-95" markalı benzindən istifadə etsin. Çünki onların avtomobillərinn bütün sistemi Avropa standartlarına uyğun quraşdırılıb. Bu sürücülər də ziyana düşəcək. "Aİ-92" markalı benzin istifadə etdikdə bir müddətdən sonra mühərrik, yanacaq, injekt hissələrinə ziyan dəyir. Bu mif doğru deyil ki, bahalı avtomobilləri ancaq varlılar istifadə edir. Elə avtomobillər var ki, "Aİ-95" markalı benzin üçün nəzərdə tutulub. Təbii ki, bu son bahalaşmadan onların sahibləri də ziyan görəcək".
Dizelin və "Aİ-92" markalı benzin də bahalaşa bilərmi?
İqtisadçı bildirib ki, bu bahalaşmadan sonra "Aİ-92" markalı benzinin və dizelin də qiymətlərinin artmayacağı barədə qəti fikir söyləmək olmaz: " "Aİ-92" markalı benzinin və dizelin də qiymətləri dövlət tərəfindən tənzimlənir. Əgər qərar veriləcəksə, dövlət tərəfindən veriləcək. Çünki, ölkəmizdə çox ciddi infilyasiya var. Dizel və "Aİ-92" markalı benzin isə kənd təsərrüfatında və ərzağın daşınmasında maya dəyərinin əsas hissəsini təşkil edir. Əgər hökumət belə bir sərt qərar versə, ölkəmizdə infilyasiyanın sürəti daha da artacaq ki, bu da sosial problemləri gərginləşdirəcək".
Avtomobil bazarında durğunluq yaranacaq
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında "Aİ-95" markalı benzinin qiymətinin bahalaşmasının avtomobil bazarına təsirini şərh edib. Ekspert bildirib ki, "Aİ-95" markalı benzinin qiymətinin bahalaşdıqca avtomobil bazarında premium markalı benzin işlədən avtomobillərə maraq azalır. Ekspert bildirib ki, gündəlik gəliri yüksək olanlar üçün "Aİ-95" markalı benzinin qiymətinin bahalaşması o qədər də çətinlik yaratmayacaq. Amma E. Muradlı bildirib ki, qiymət artımı avtomobil parkının yenilənməsinə təsirsiz ötüşməyəcək. Onun sözlərinə görə, premium benzinlə işləyən avtomobillərin ölkəmizə gətirənlər satışında əziyyət çəkəcək. Bu da həmin avtomobillərin satış bazarında durğunluq yaradacaq.
E. Muradlı deyir ki, çıxış yolu odur ki, Azərbaycanın özünün "Aİ-95" markalı benzin istehsalına başlasın: "İdxaldan asılılıq bizdə qiymət artımına səbəb olur. Yaxşı olar ki, premium markalı benzin ölkəmizdə istehsal edilsin. Artıq bunun üçün işlərə başlanılıb. Çünki, "Aİ-95" markalı benzini istehsal edən dövlətlər özü nefti bizdən alıb aparır".
Həmsöhbətimiz deyir ki, premium benzinin bahalaşmasını dünya bazarında neftin qiymətinin artması ilə izah edənlər, neftin qiyməti aşağı düşəndə benzinin qiymətini ucuzlaşdırmırlar: "Bu cür əsaslandırma doğru deyil. Çünki, qiymət artımı çox böyük artımdır. Birdən birə qiyməti 25 faiz, 40 qəpik civarında bahalaşdırmaq əndazəni aşmaq deməkdir. Sözsüz ki, bu cəmiyyət tərəfindən birmənalı qarşılanmayacaq".
Tıxacın qarşısı yanacağın bahalaşdırılması hesabına alına bilməz!
Ekspert deyir ki, benzinin qiymət artımının bir səbəbi də yollarda sıxlığı azaltmaq ola bilər. Amma E. Muradlı bunun doğru yanaşma olmadığı qənaətindədir: "Tıxacın qarşısını almaq üçün benzinin qiymətini, aksiz və ƏDV -ni artırmaq çıxış yolu deyil. Əksinə yol şəbəkəsi genişlənməlidir".
Nəqliyyat məsələləri üzrə hüquqşunas Ərşad hüseynov da bildirib ki, premium markalı "Aİ-95" benzinin qiymətinin ciddi şəkildə (25 %) bahalaşıb. O, söyləyibb ki, kimlərsə yollarda fərdi avtomobillərin sayının artmasının qarşısını həm də bu üsulla – yanacağı bahalaşdırmaqla alnaq istəyirlər: "Lakin bu çox yanlış yanaşmadır. Fərdi avtomobillərdən istifadəni azaltmaq üçün ictimai nəqliyyatı inkişaf etdirmək, mikromobillik (velosipeddən nəqliyyat kimi istifadə və s.) üçün münbit zəmin yaratmaq lazımdır. Yanacağın qiymətinin artması yalnız yeni və daha ağır problemlər doğura bilər".
"SOCAR Petroleum"-dan qiymət artımına şərh
SOCAR Petroleum-dan isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirildi ki, xarici ölkələrdən Azərbaycana idxal edilən "Aİ-95" premium və "Aİ-98" super markalı benzinin qiymətində dəyişiklik baş verib. Dəyişikliyə əsasən, cari ilin iyul ayının 12-dən 13-nə keçən gecə "Aİ-95" premium markalı benzinin satışı 2,00 AZN-dən, "Aİ-98" markalı benzinin satışı isə 2,30 AZN-dən həyata keçirilməyə başlanıb: "Hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9%-i "Aİ-95" premium və "Aİ-98" super markalı benzinin payına düşür. Ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi, sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir" .
Sentyabrda qiymət qalxmışdı
Qeyd edək ki, ötən ilin sentyabr ayının 15-dən etibarən ölkəmizdə Aİ-95 ("Premium") və Aİ-98 ("Super") markalı benzinin qiymətində artım baş verib. Aİ-95 markalı benzinin qiyməti 1,60 AZN, Aİ-98 markalı benzinin qiyməti isə 1,90 AZN olub.
Bu qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən Aİ-95 markalı benzinin qiyməti 1,45 AZN, Aİ-98 markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.
Məlumat üçün onu da bildirək ki, Aİ-92 markalı benzinin qiymətini Tarif Şurası müəyyən edir. Azərbaycanda yanacağın qiymətinə sonuncu dəfə ötən ilin yanvarında dəyişiklik edilib. Yanvarın 4-də Tarif Şurasının iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.
Tarif Şurası bu qərarı istehsal olunan neft məhsullarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədi ilə neft emalı sənayesində yenidənqurma, modernləşdirmə işlərinin davam etdirilməsi, tənzimlənən qiymətlərin sayının azaldılması, bazar münasibətlərinin formalaşdırılması istiqamətində dövlət siyasətini nəzərə alaraq verib.