CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ETSN əhaliyə müraciət etdi: Əkin sahələrini yandırmayın!

© AFP 2023 / MENAHEM KAHANATaxıl sahəsində yanğın, arxiv şəkli
Taxıl sahəsində yanğın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.07.2022
Abunə olmaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi fermer və sahibkarları biçindən sonra əkin sahələrini yandırmamağa çağırıb.
BAKI, 12 iyul - Sputnik. Şabran rayonunun Təzəkənd - Daşlı yataq - Söhbətli kəndləri istiqamətində baş vermiş yanğın iyulun 11-i gecə saatlarında söndürülüb.
Hadisə yerində olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov deyib ki, yanğın baş verən ərazilərdə közərən, tüstüləyən ağaclar var:
“Hazırda həmin ərazilərdə söndürülmə işlərini aparırıq. Taxıl sahələrinin biçindən sonra yandırılması əksər hallarda bilərəkdən törədilir. Həmin yanğınlar ətrafda yerləşən meşəlik əraziləri də təhlükə altına alır. Nəticədə belə görüntülər ortaya çıxır”.
O, əhaliyə müraciət də edib:
“Bu yanğınlar sadəcə mexaniki becərməni asanlaşdırır. Amma digər tərəfdən o sahə yandırılanda oranın canlı aləmi yanır. Artıq kövşənlərin yandırılması məvhumu olmamalıdır. Fermerlər və sahibkarlar biçindən sonra əkin sahələrini yandırmamalıdılar. Həmçinin meşəlik ərazilərə istirahətə gedənlər ocaqlara nəzarət etmir, söndürmürlər. Bu məsələlərdə diqqətli olsunlar və biganə yanaşmasınlar” (Report).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0