Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Niyə Rusiyanın silah ixracında aviasiya üstünlük təşkil edir?

© Sputnik / Виталий Белоусов / Mediabanka keçidRusiya qırıcısı
Rusiya qırıcısı - Sputnik Azərbaycan, 1920, 07.07.2022
Abunə olmaq
Rusiya istehsalı olan yüksək texnologiyalı qırıcılar ənənəvi olaraq döyüş effektivliyinə, keyfiyyətinə və qiymətinə görə dünya bazarında ən yaxşıları hesab olunur.
BAKI, 7 iyul — Sputnik. "Rosoboroneksport"un rəhbəri Aleksandr Mixeyev iyulun 4-də bildirib ki, Rusiya silah ixracının ümumi həcmində aviatexnika tədarükünün payı 50 faizi ötür. Son iyirmi il xaricə 700-ə yaxın Su-27/Su-30 döyüş təyyarəsi satılıb və 2021-ci ildə şirkətin sifariş portfeli Su-30SM-nin tədarükü üçün yeni müqavilələrlə doldurulub.
© Sputnik / Кирилл Каллиников / Mediabanka keçid"Rosoboroneksport"un rəhbəri Aleksandr Mixeyev
Международный форум Армия-2020. Экспозиция - Sputnik Azərbaycan, 1920, 06.07.2022
"Rosoboroneksport"un rəhbəri Aleksandr Mixeyev
Alıcılar dövlət müstəqilliyini qorumaq üçün milli Hərbi Hava Qüvvələrini gücləndirmək niyyətindədirlər. Yalnız Rusiya istehsalı olan mühərriklər, avionika, silahlar, döyüş təyyarələrinin sistemləri yüksək qiymətləndirilir – Rusiyanın tədarükünün etibarlılığı və zəmanət öhdəlikləri zamanla sınaqdan keçirilib
"Suxoy" təyyarələri Qərb aviatexnika ixracatçıları tərəfindən çox vaxt sui-istifadə edilən vicdansız hərəkətlərdən (texnoloji şantaj) ən yaxşı sığortadır. Rusiya Aerokosmik Qüvvələrinin zərbə aviasiyasının Suriya və Ukraynada uğurlu fəaliyyəti dünya bazarında Su-30SM, Su-34, Su-35 döyüş təyyarələrinə tələbatı artırır. İstənilən hərbi münaqişədə qələbə üçün əsas amillərdən biri havada hökmranlıqdır.
"Suxoy"ların yüksək manevr qabiliyyəti yaxın hava döyüşündə ciddi üstünlük verir, düşmənin raket hücumlarının qarşısını almağa imkan verir. Güclü idarə olunan və idarə olunmayan raket silahları və 30 mm-lik aviasiya topu döyüş üstünlüyünə zəmanət verir. Bazanın muxtariyyəti və havada yanacaq doldurma imkanı əməliyyat məkanını genişləndirir.
Rusiya qırıcılarında tətbiq olunan avionika və silah komplekslərinin açıq memarlığının prinsipi xarici sifarişçilərə öz istehsal sistemlərini ("Suxoy" Dizayn Bürosunun iştirakı ilə) inteqrasiya etməyə imkan verir. Baza platformalarının davamlı modernləşdirilməsi texnoloji (döyüş) üstünlüyünü itirmədən təyyarələrin xeyli istifadə dövrünü təmin edir.
Hərbi təhdidlərin artması ilə dünya silah bazarında mübarizə güclənir. Rusiya qırıcılarının alınması xarici operatorların Rusiya ilə uzun illər hərbi-texniki əməkdaşlığına səbəb olur. ABŞ bunun qarşısını almaq üçün əlindən gələni edir.
ABŞ Konqresinin iyun araşdırması Qahirənin Rusiya istehsalı olan qabaqcıl Su-35 çoxməqsədli qırıcılarını almaqdan imtina etməsi şərti ilə, Misirə tamamlanmamış F-35 qırıcı-bombardmançılarını məcbur vermək niyyətini əks etdirir.
Burada amerikalıların S-400 hava hücumundan müdafiə sistemi və milli telekommunikasiya şəbəkəsindəki "Huawei" infrastrukturunun suveren istifadəsi səbəbindən F-35-in alınmasına mane olan bu yaxınlarda aldadılmış Türkiyə və BƏƏ ilə assosiasiyalar yaranır. Ola bilsin ki, türklərin və ərəblərin bəxti gətirib - onların daha çox azadlıq imkanları qalıb.
Məlumdur ki, ABŞ-ın "gözəgörünməz"ləri yaxşı uçmur və cəsusluq etməyi, öz operatorlarına dair məxfi məlumatları ABŞ-a göndərməyi çox yaxşı bacarırlar. Amerikalıların müttəfiqləri və tərəfdaşları çox vaxt köhnəlmiş ABŞ istehsalı silahları almağa məcbur olurlar, çünki bu, Vaşinqtonun "qaydaları"dır.
© Министерство обороны РФ / Mediabanka keçidSu-25 qırıcı təyyarəsi, arxiv şəkli
Штурмовик Су-25, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.07.2022
Su-25 qırıcı təyyarəsi, arxiv şəkli
"Su" təyyarələrinin üstünlükləri
Rusiyanın Su-27, Su-30, Su-35 qırıcıları XXI əsrin əvvələrində dünyada ən çox tələb olunan təyyarələri olublar və Anqola, Belarusiya, Venesuela, Vyetnam, Hindistan, İndoneziya, Qazaxıstan, Çin, Malayziya, Uqanda hava məkanını etibarlı şəkildə müdafiə edirlər. Rusiya aviatexnikasının görkəmli döyüş qabiliyyətinin tanınması, dünya bazarında yüksək tələbat konstruktor (elmi) məktəbinin strateji üstünlüyünə və Rusiyanın müdafiə sənaye kompleksinin yüksək səmərəliliyinə dəlalət edir.
4++ nəslidən olan yüksək manevrli Su-30SM qırıcısı gecə-gündüz müasir yüksək dəqiqlikli "hava-hava" və "hava- səthi" raketlərindən istifadə etmək qabiliyyətinə malikdir. Su-30SM-nin müdafiəsi düşmənin radiolokasiya stansiyalarının güclü radioelektron mübarizə sisteminin sıxışdırılmasına əsaslanır.
Su-35 çoxməqsədli qırıcı dünyanın ən yaxşı əməliyyat-taktiki təyyarəsidir, onun havada tayı-bərabəri yoxdur. Bu qırıcı bütün sinif hava hədəflərini ələ keçirmək və onları sıradan çıxartmaq, hava hücumundan müdafiə sistemlərinin mühafizəsi altında olmuş düşmənin yer və yerüstü hədəflərini məhv etmək üçün nəzərdə tutulub. 4++ nəsil təyyarəsi yüksək manevr qabiliyyətinə, aktiv və passiv hədəflər aşkar etmək vasitələrinə, yüksək səsdən güclü sürətə, əhəmiyyətli döyüş radiusuna, müasir radioelektron mübarizə (REM) sisteminə və geniş çeşiddə silahlara (döyüş yükü - 8 ton) malikdir. Su-35 qırıcısının dizaynında az nəzərə çarpan texnologiyalar tətbiq edilir. Su-35-in döyüş tətbiqinin effektivliyi pilotun intellektual dəstəyinin inteqrasiya olunmuş məlumat və idarəetmə sistemi ilə təmin edilir.
Versiyalardan birinə görə, ABŞ-ın əhəmiyyətli sayda "Tomaqavk" qanadlı raketləri Rusiyanın Su-35S və ya Su-30SM təyyarələri tərəfindən vurulduğu üçün 2017-ci il aprelin 7-də Suriyadakı hədəfinə çata bilməyib. Bu qırıcıların radarları su və yer fonunda az nəzərə çarpan qanadlı raketi yaxşı "görür". Üstəlik, Su-35 "uçan radar" missiyalarını da yerinə yetirməyə qadirdir.
Su-34 qırıcı-bombardmançı döyüş qabiliyyətinə görə 4+ nəslinə aiddir. O yüksək dəqiqlikli döyüş sursatları da daxil olmaqla, geniş çeşiddə sursatlardan istifadə etməklə, planetin istənilən bölgəsində atəş əleyhinə şəraitdə yerüstü, dəniz və hava hədəflərini effektiv şəkildə vurmağa qadirdir.
Bəlkə də dünya aviasiya bazarında ən çox gözlənilən məhsul beşinci nəsil Su-57 qırıcısıdır. Təyyarə xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Kütləvi istehsala başlandıqdan sonra Su-57 Rusiya Aerokosmik Qüvvələrinə daxil olur, Su-30SM və Su-35 qırıcıları ilə birlikdə Ukraynada xüsusi hərbi əməliyyatlar zamanı fəal istifadə olunur.
Rusiya ilə bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı hərbi-texniki əməkdaşlıqda maraqlı olan suveren dövlətlər dünyanın ən yaxşı "Suxoy" qırıcılarını almağa davam edəcəklər. "Suxoy" qırıcılarının ən məşhur xarici operatorlarından biri Hindistandır. Bu ölkə Hindistanın Hərbi Hava Qüvvələrinin əsasını təşkil edən Su-30MKI qırıcılarının lisenziyalı istehsalı proqramı uğurla həyata keçirilib. Hindistan Rusiyadan hər il təxminən 5 milyard dollar dəyərində silah alır. Rusiya ilə Hindistan arasında uzunmüddətli hərbi-texniki əməkdaşlıq bir çox ölkələr üçün nümunəyə çevrilib. ABŞ-ın müttəfiqləri və vassallarının yüksək texnoloji döyüş aviasiyasının inkişafı sahəsində gələcəyi yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0