CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bölgələrə turist axınına mane olan səbəb - 3 saatlıq yolu 7 saata gedirik - VİDEO

© Sputnik / Zulfiyya GuluyevaQəbələ Dəmiryol Vağzalı
Qəbələ Dəmiryol Vağzalı - Sputnik Azərbaycan, 1920, 07.07.2022
Abunə olmaq
Dilbər guşələrimizə dəmiryolunun bağlı olması turistləri həmin yerlərdə dincəlməkdən çəkindirir.
BAKI, 7 iyul — Sputnik. Ölkənin quru sərhədlərin bağlı qalması daxili turizmə təlabatı artırsa da, turizmin inkişaf etdiyi bölgələrə gediş-gəlişi asanlaşdırmaq məqsədilə salınan dəmiryol xətləri hələ də turistlərin gözünü yolda qoyub. Qatar turistlərə uzaq məsafələrə səyahət üçün ən rahat nəqliyyat vasitəsi sayılsa da, turistlər hələ ki, bu imkandan istifadə edə bilmirlər. Azərbaycanda pandemiya dövründə fəaliyyəti dayandırılan dəmiryol xətlərində fəaliyyəti dayandırılan qatarların hərəkəti bu günədək bərpa edilməyib.
Sputnik Azərbaycan turizmin inkişaf etdiyi bölgələrə dəmiryolunun bağlı qalmasının turizmin inkişafına təsirini araşdırıb.
"Qəbələyə sürət qatarı xətti olsa da, taksi ilə gedirik"
Pərvin Misirova adlı turist bildirir ki, bu yay mövsümündə Qəbələdə istirahət etməyi planlaşdırır. Lakin ailədə dörd nəfər olduqlarından onların təkcə yol xərci gediş üçün 80 manat təşkil edir. beləliklə, Qəbələyə gedib-gəlmək ailəyə minimum 160 manata başa gəlir.
P.Misirovanın sözlərinə görə, Qəbələyə dəmiryolu açıldıqda bu xəbərə sevinsə də, sürət qatarının fəaliyyətini davam etdirməməsi onu və onun kimi şəxsi nəqliyyat vasitəsi olmayan turistləri taksi xidmətindən yararlanmağa məcbur edir. Bu isə turistlərin səyahət xərclərini artırır.
"Qəbələyə sürət qatarı xətti olsa da, taksi ilə gedirik", - deyə həmsöhbətimiz bildirir.
Ekspertlər də qatarın səyahət üçün ən rahat və əyləncəli nəqliyyat vasitəsi olduğunu söyləyirlər.
© Official website of President of Azerbaijan RepublicQəbələdə dəmiryol vağzalı və Ləki-Qəbələ tək xətt dəmir yolu stansiyası
Открытие железнодорожного вокзала в Габале и однолинейной железной дороги ст. Ляки-Габала - Sputnik Azərbaycan, 1920, 06.07.2022
Qəbələdə dəmiryol vağzalı və Ləki-Qəbələ tək xətt dəmir yolu stansiyası
Turizm bölgələrinə sürət qatarı xətləri çəkilməlidir
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünyada turistlər səyahət zamanı dəmiryol nəqliyyatına daha çox üstünlük verir.
Onun sözlərinə görə, xüsusilə sürət qatarları turistlərin turizm bölgələrinə tez və rahat çatmasına imkan yaradır:

"Biz də çox istəyərdik ki, Azərbaycanda turizm bölgələrinə sürət qatarları xətləri çəkilsin. Elə turistik bölgələrimiz var ki, ora getmək 6-7 saat vaxt tələb edir. Belə uzaq yolu sürət qatarı ilə getmək turistə həm vaxt, həmçinin də rahatlıq baxımından sərf edir. Hansı turizm bölgələrinə getmək üçün rahat nəqliyyat imkanları varsa, turistlər həmin bölgədə istirahətə daha çox üstünlük veirrlər. Ona görə də, dünyada turizmin inkişaf etdirilməsi nəzərdə tutulan ərazilərə ilk növbədə rahat yol infrastrukturu və nəqliyyat xidməti yaradılır ki, turistlər həmin bölgədə istirahətə gələrkən çətinlik çəkməsinlər".

G.Qəhrəmanov deyir ki, bu gün turistlər daha çox üç saatlıq avtomobil yolu olan bölgələrdə istirahətə üstünlük verirlər.
"Uzaq məsafəyə avtomobillə getmək turistlərə yorucu gəldiyindən, onlar yaxın məsafələrdə istirahətə meyillənirlər. Amma sürətli qatar olarsa turistlər uzaq məsafələrə belə gedib istirahət edərlər. Nəticədə sürət qatarları həmin bölgələrə turist axınına səbəb olur".
Şura sədri bildirir ki, sürət qatarı üçün infrastrukturun yaradılması, sürət qatarlarının alınması xeyli xərc tələb etsə də, daxili turizmin inkişafına müsbət təsir edir. Onun sözlərinə görə, yay mövsümündə dəmiryolun bərpa edilməsi çox vacibdir. Çünki, dərmiyolu nəqliyyatı azbüdcəli turistlərə qiymət baxımından da sərf edir.
Onun sözlərinə görə, daha uzaq məsafələrdə yerləşən turizm bölgələrinə sürət qatarlarının fəaliyyəti daha vacibdir.
Sürət qatarları ilə səyahət turistlər üçün daha cəlbedicidir
Turizm eksperti Ceyhun Aşurov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanın turizm bölgələrinin əksəriyyətinə dəmiryolları mövcuddur.
Onun sözlərinə görə, həmin dəmiryollarının bazasında sürət qatarı infrastrukturunun qurulması turizmin inkişaf etdiyi bölgələrə daha çox turist cəlb edə bilər:
© Sputnik / Nigar IskanderovaCeyhun Aşurov
Ceyhun Aşurov - Sputnik Azərbaycan, 1920, 06.07.2022
Ceyhun Aşurov
"Almaniyada turistlər həftəsonları qatarlarla səyahətə daha çox üstünlük verirlər. Çünki həmin ölkədə həftəsonları sürət qatarlarına endirimlər tətbiq olunur. Bu isə turistik bölgələrə turistlərin axınına səbəb olur. Azərbaycan da Almaniya təcrübəsindən istifadə edərək turizm bölgələrinə sürət qatarlarının hərəkətini təşkil edə bilər. Bizdə də qatarla səyahəti stimullaşdırmaq üçün sərnişinlərə müəyyən endirim paketləri təqdim edilə bilər ki, turistlər avtomobillə gedəcəyi yola qatara dəyişsinlər. Çünki, sürət qatarları ilə səyahət turistlər üçün daha cəlbedicidir".
© Sputnik / Rahim MuradovLənkəranda
Lənkəranda - Sputnik Azərbaycan, 1920, 06.07.2022
Lənkəranda
Tur şirkətləri qatara bilet satışına cəlb edilməldir
C.Aşurov bildirir ki, xarici ölkələrdə qatara bilet satışlarını tur şirkətləri həyata keçirirlər. Bu isə turistik bölgələrə turistlərin sürət qatarları ilə axın etməsinə gətirib çıxardır:

"Sürət qatarı onsuz da həmin yolu gedir. Qatarda doluluğu təmin etmək üçün düzgün marketinq siyasəti qurulmalıdır. Belə olarsa sürət qatarlarının hərəkəti həm dəmiryoluna, həmçinin də turistlərə sərfəli olar".

Dövlət Turizm Agentliyinin Regional Turizm İnkişafı Sektorunun müdiri Elgün Cavadov bildirib ki, Ləki-Qəbələ birxətli dəmir yolu regional turizm üçün önəmli hadisədir. Onun sözlərinə görə, Azərbaycan kimi coğrafi baxımdan bir o qədər də böyük olmayan ölkələrdə qatarla səyahət çox vacibdir.
E.Cavadov bildirir ki, Ləki qatarı Şəki-Zaqatala, Qəbələ-İsmayıllı regionunun turizm potensialının nümayiş etdirilməsi və gücləndirilməsi baxımından böyük önəm daşıyır.
O, qeyd edib ki, Qəbələ həm daxili, həm də gəlmə turizm baxımından Azərbaycanın əsas turizm mərkəzlərindən hesab olunur:

"Bu baxımdan ilin bütün mövsümlərində Qəbələ turist cəlb edən yeganə məkanlardan biri hesab olunur. Çünki burada həm qış turizm növləri, həm də yayda turizm üçün yetərli qədər imkanlar var. Bu isə sürət qatarı ilə ilin bütün fəsillərində turistlərin Qəbələyə gəlməsinə imkan yarada bilər".

© Photo : ADY-nin mətbuat xidmətiBakı-Gəncə-Bakı sürət qatarı
Bakı-Gəncə-Bakı sürət qatarı - Sputnik Azərbaycan, 1920, 06.07.2022
Bakı-Gəncə-Bakı sürət qatarı
Sürət qatarı ancaq Gəncəyə sərnişin daşıyır
Qeyd edək ki, hazırda yalnız Bakı-Gəncə sürət qatarı üzrə sərnişinlərin daşınması həyata keçirilir. 19 martdan etibarən isə Bakı-Gəncə istiqaməti üzrə gediş haqqı bahalaşıb. Gediş haqqı standart yerlər üçün 20 manat, biznes yerlər üçün isə 33 manat səviyyəsində təyin olunub. Əvvəl isə Bakı-Gəncə istiqaməti üzrə gediş haqqı standart yerlər üçün 10 manat, biznes yerlər üçün 25 manat idi.
Bakı-Qəbələ sürət qatarı üçün qatarlar sifariş verilib
"Azərbaycan Dəmir Yolları" QSC-dən digər istiqamətlərə sürət qatarının və dəmiryolu ilə sərnişin daşımasının nə vaxt bərpa olunacağı barədə sorğumuza cavab veriləcəyini bidlirdilər. Həmçinin qurumdan bildirildi ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin balansında hər biri 4 vaqondan ibarət 9 elektrik qatarı var:

"Bu qatarlardan 7 ədədi Abşeron dairəvi dəmir yolu istiqamətində fəaliyyətdədir. Bir qatar Bakı-Gəncə istiqamətində işləyir. Digər qatarlar isə həm Bakı-Sumqayıt, həm də Bakı-Gəncə reyslərini həyata keçirir. ADY vaqon parkını genişləndirmək məqsədilə daha 10 qatar sifariş verib. Bu qatarların 2023-cü ilin sonu, 2024-cü ilin əvvəli ölkəyə gətirilməsi planlaşdırılır. Həmin qatarların ölkədaxili istiqamətdə, həmçinin Bakı-Qəbələ xətti üzrə istifadəyə verilməsi nəzərdə tutulur".

Məlumat üçün bildirək ki, Qəbələ Dəmir Yolu Vağzalının və Ləki-Qəbələ birtərəfli dəmir yolu xəttinin açılışından 1 ildən çox vaxt keçib.
Bakıdan Qəbələyədək dəmiryol xətti 311 km, qatarın yolda olma müddəti 3 saat 20 dəqiqə təşkil edir. Dəmiryol xəttində İsveçrənin "Stadler Rail Group" şirkətinin istehsalı olan dördvaqonlu ikimərtəbəli sürət qatarından istifadə olunur.
Qatar standart, biznes və birinci sinif vaqonlardan ibarətdir. Vaqonlardakı yerlərin ümumi sayı 363-dür, bunlardan 293-ü standart, 61-i biznes, 9-u isə birinci sinif yerlərdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Mikroavtobus - Sputnik Azərbaycan, 1920, 06.07.2022
CƏMİYYƏT
"Ucuz turlar həyatınız bahasına başa gələ bilər" Daxili turlarla bağlı xəbərdarlıq!
Xəbər lenti
0