CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda "Hökumət buludu"nun uzunmüddətli strategiyası hazırlanacaq

© AP Photo / Alastair Grantxaker
xaker - Sputnik Azərbaycan, 1920, 06.07.2022
Abunə olmaq
Strategiyanın hazırlanması üçün dövlət qurumlarının miqrasiya məsələləri müzakirə olunur.
BAKI, 6 iyul — Sputnik. Azərbaycanda bulud əsaslı xidmətlərə tələbatın artması, yeni texnologiyaların tətbiqi və investisiyaların intensivləşməsi ilə bu sahənin daha da inkişaf edəcəyi proqnozu "Hökumət buludu" layihəsi üçün uzunmüddətli və dayanıqlı strategiyanın hazırlanmasını zəruri edir.
Bu barədə "AzInTelecom"dan bildirilib.
Qeyd olunub ki, "Hökumət buludu" layihəsinin konsepsiyasının hazırlanması, keyfiyyətli və effektiv icrasını təmin etmək məqsədilə ABŞ, Böyük Britaniya, Türkiyə, Norveç, İrlandiya və Estoniya kimi bir sıra ölkələrin təcrübəsi öyrənilməklə yanaşı çoxsaylı beynəlxalq şirkətlərlə təcrübə mübadiləsi aparılıb. Hazırda "Hökumət buludu"nun uzunmüddətli inkişaf strategiyasının hazırlanması və dövlət qurumlarının miqrasiya məsələləri müzakirə olunur.
Xatırladaq ki, "Hökumət buludu"nun yaradılması prosesi ölkə başçısının 3 iyun 2019-cu il tarixli Fərmanı əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki "AzInTelecom" MMC tərəfindən həyata keçirilir. Dövlət informasiya sistemlərinin və ehtiyatlarının vahid platformaya inteqrasiyası nəticəsində idarəçiliyin optimallaşdırılmasına, koordinasiyanın effektiv təşkilinə, əhaliyə göstərilən elektron xidmətlərin çevikliyinin, səmərəliliyinin daha da artırılmasına şərait yaradılacaq.
Qeyd edək ki, 2013-cü ildən bu günədək bulud hesablama tətbiqlərinin sayı 545-dən 1427 müxtəlif xidmətə çatdırılıb.
Xəbər lenti
0