Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Hansı ölkələrdən gələn turistlər Azərbaycana üstünlük verirlər

Abunə olmaq
Bu ilin yanvar-may aylarında Azərbaycana səfər etmiş 468,1 min əcnəbi vətəndaşın 79,7%-ni kişi, 20,3%-ni isə qadınlar təşkil edib. Ölkəyə turist axını ilə bağlı ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
2022-ci ilin yanvar-may aylarında Azərbaycana gələn xarici səyahətçilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artıb.
Belə ki, ilin ilk beş ayında ölkəyə 468,1 min xarici vətəndaş səfər edib.
Göstərilən dövrdə Azərbaycana səfər edən turistlərin əksəriyyəti Türkiyədən gəliblər - qonaqların 24,8%-i bu ölkənin payına düşür. Turistlərin 24,7%-i Rusiyadan gəlib. Bundan əlavə, Azərbaycana İrandan gələn qonaqların ümumi sayı 13,8%, Gürcüstandan 5,6%, Səudiyyə Ərəbistanından isə 3,7% təşkil edib.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin ilk beş ayı ərzində Azərbaycana gələn əcnəbilərin ümumi sayının 79,7%-ni kişilər, 20,3%-ni isə qadınlar təşkil edib.
Xəbər lenti
0