Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İstanbulda meşə yanğınlarının qarşısı alınıb

© AP PhotoMeşə yanğını, arxiv şəkli
Meşə yanğını, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.07.2022
Abunə olmaq
Hadisə yerinə çox sayda yanğınsöndürən briqada cəlb olunub, alovların söndürülməsi işləri havadan və qurudan davam edir.
BAKI, 3 iyul - Sputnik. İstanbulun Beykoz rayonunda meşədə başlayan yanğın yaşayış evləri üçün təhlükə yaradıb.
Yanğının söndürülməsinə yanğınsöndürənlər və yanğınsöndürmə maşınları ilə bərabər helikopterlər də cəlb olunub.
Yanğının evlərə keçməsinin qarşısı alınıb. Qısa müddətdə lokallaşdırılan yanğın artıq söndürülüb.
***
İstanbulun Beykoz bölgəsində Çavuşbaşı meşəlik ərazisində yanğın baş verib.
Hadisə yerinə çox sayda yanğınsöndürən briqada cəlb olunub. Hazırda alovların söndürülməsi işləri havadan və qurudan davam edir.
Yanğın yaşayış ərazilərinə yaxın bölgədə meydana gəlib.
Fəsadlarla bağlı hələ açıqlama verilməyib.
Xatırladaq ki, iyunun 21-də Türkiyə Respublikasının Muğla bölgəsində meşə yanğınları başlamışdı.
İyunun 24-də Azərbaycan yanğınsöndürənləri Muğla bölgəsində əməliyyata cəlb edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyədə meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus "BE-200ÇS" amfibiya tipli təyyarə göndərilib. Təyyarə iyunun 30 meşə yanğınları söndürüləndən sonra ölkəmizə qayıdıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0