Нефтяные качалки, фото из архива - Sputnik Azərbaycan, 1920
NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neftin qiyməti yenə dəyişdi

© AP Photo / Sunday AlambaNeftlə dolu çəlləklər
Neftlə dolu çəlləklər - Sputnik Azərbaycan, 1920, 02.07.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Ötən gün qiyməti 123,4 dollar olan "Azeri Light" markalı neftin qiymətində dəyişiklik olub
BAKI, 2 iyul — Sputnik. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,9 ABŞ dolları, yaxud 1,54 % artaraq 125,3 ABŞ dolları təşkil edib.
Belə ki, hərraclarda “Brent” markalı neftin sentyabr fyuçersləri 111,48 ABŞ dollardan satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, ötən gün dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,41 ABŞ dolları və ya 2,6% azalaraq, 123,4 dollar təşkil edib.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0