Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalıların böyük əksəriyyəti Putinə etimad edir

© Sputnik / POOL / Mediabanka keçidVladimir Putin, arxiv şəkli
Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.07.2022
Abunə olmaq
Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (ÜİRÖ) sorğusunun nəticələrinə görə, rusiyalıların 36%-i yaxın 6 ay və ya bir il ərzində ölkədə həyatın yaxşılaşacağına inanır.
BAKI, 1 iyul — Sputnik. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (ÜİRÖ) sorğusunun nəticələrinə görə, ölkə sakinləri arasında Rusiya Prezidenti Vladimir Putinə etimad səviyyəsi 81% təşkil edir.
"Putinə inamla bağlı suala sorğuda iştirak edənlərin 81%-i müsbət cavab verib, prezidentin fəaliyyətini bəyənmə səviyyəsi 78% olub", - deyə ÜİRÖ-nün məlumatında qeyd olunub.
Rusiya hökumətinin fəaliyyətini vətəndaşların 53,3 faizi, Rusiya Baş naziri Mixail Mişustinin işini isə 52,2 faizi bəyənir. Eyni zamanda, 62,9% Mişustinə inanır.
Sorğu 20-26 iyun tarixlərində 18 yaşdan yuxarı 1600 rusiyalı arasında keçirilib.
Bundan əvvəl İctimai Rəy Fondunun sorğusu göstərib ki, rusiyalıların 36%-i yaxın 6 ay və ya bir il ərzində ölkədə həyatın yaxşılaşacağına inanır.
Xatırladaq ki, Rusiya İctimai Fikir Araşdırmaları Mərkəzinin martın 28-dən aprelin 3-dək olan dövrdə keçirdiyi sorğunun nəticələrinə görə, Rusiya prezidentinin fəaliyyətini bəyənmə nisbəti 78,9%, Putinə etimad reytinqi isə 81,6% təşkil etmişdi.
Xəbər lenti
0