CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qurban bayramının dəqiq tarixi açıqlandı

© Sputnik / Murad OrujovQurbanlıq qoyun, arxiv şəkli
Qurbanlıq qoyun, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.07.2022
Abunə olmaq
Ayın təzələnmə qrafikinə əsasən, Qurban bayramı günü iyul ayının 9-na təsadüf edəcək.
BAKI, 1 iyul — Sputnik. AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlıq çərçivəsində hicri-qəməri təqvimin təyin edilməsi məqsədilə Ayın Azərbaycan üfüqündə təzələnməsi vaxtını təqdim edir.
Rəsədxanadan bildirilib ki, 29 iyun (qəməri təqvimlə Zilhiccə ayının 1-i) 2022-ci il tarixində Ay təzələnib və aydın səma şəraitində Ayın hilalı adi gözlə müşahidə edilib.
Ayın təzələnmə qrafikinə əsasən, Qurban bayramı günü iyul ayının 9-na (Zilhiccə ayının 10-na) təsadüf edəcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.
İyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək. İyulun 11-i və 12-si qeyri-iş günü olacaq.
Beləliklə, iyul ayının 9-dan 12-dək bayramlarla əlaqədar ardıcıl 4 qeyri-iş günü olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0