Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Diplomlarla bağlı rəy verildi - Şok statistika

© Sputnik / Anar MustafayevAzərbaycan ali məktəblərinin diplomları, arxiv şəkli
Azərbaycan ali məktəblərinin diplomları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.07.2022
Abunə olmaq
Rusiyadan 88, Türkiyədən 71, Ukraynadan 66, Gürcüstandan 15, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 7, digər ölkələrdən isə 40 müraciətin olduğu müşahidə olunur.
BAKI, 1 iyul — Sputnik. İyun ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən məlumata görə, ötən ay 287 müraciətçinin 208-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 79 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 35, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 17, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 16, digər səbəblər üzrə 11 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 88, Türkiyədən 71, Ukraynadan 66, Gürcüstandan 15, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 7, digər ölkələrdən isə 40 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 42, iqtisadiyyat üzrə 23, tibb üzrə 22, biznesin idarə edilməsi 18, menecment üzrə 14 nəfər müraciətçi qeydə alınıb.
Xatırladaq ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Konvensiyanın prinsiplərini, o cümlədən, bu mövzuda qabaqcıl dünya ölkələrinin praktikasını nəzərə alaraq xarici diplomların tanınması məqsədilə həyata keçirilən ekspertiza çərçivəsində tətbiq olunan yanaşmaya dəyişiklik edib. Dəyişikliyə əsasən, şəxsin magistratura səviyyəsində yiyələndiyi ixtisasla onun bakalavriat səviyyəsində əldə etdiyi ixtisas arasında uyğunluğun gözlənilməsi zəruri hesab edilməyəcək.
Yəni, bakalavriat səviyyəsində bir ixtisasa yiyələnmiş tələbələr öz təhsillərini xarici dövlətdə fərqli ixtisas sahəsi üzrə davam etdirəcəkləri təqdirdə diplomlarının ölkə ərazisində tanınmasında problem yaranmayacaq.
Beləliklə, yeni yanaşmaya uyğun olaraq bu günə kimi yuxarıda qeyd olunan səbəbdən xarici diplomlarının ölkə ərazisində tanınmasından imtina olunmuş vətəndaşlar qəbul edilmiş qərara yenidən baxılması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yeni ərizə ilə müraciət edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0