https://sputnik.az/20220701/bu-defe-kendden-sehere-yarmarkalarinda-40-bolgeden-fermerler-istirak-edecek-443515973.html
Bu dəfə "Kənddən Şəhərə" yarmarkalarında 40 bölgədən fermerlər iştirak edəcək
Bu dəfə "Kənddən Şəhərə" yarmarkalarında 40 bölgədən fermerlər iştirak edəcək
Sputnik Azərbaycan
Yarmarkalarda yerli kənd təsərrüfatı və qida məhsulları birbaşa fermerlər tərəfindən satışa çıxarılacaq 01.07.2022, Sputnik Azərbaycan
2022-07-01T07:31+0400
2022-07-01T07:31+0400
2022-07-01T07:31+0400
yarmarka
paytaxt xəbərləri
bazar
həftə
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425777923_0:288:3071:2015_1920x0_80_0_0_6d3072c16bb0cd431c0c7e61ef6a34fe.jpg
BAKI, 1 iyul — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2-3 iyul tarixlərində Bakı və Abşeronda "Kənddən Şəhərə" həftəsonu yarmarkaları təşkil olunacaq.Yarmarkalarda yerli kənd təsərrüfatı və qida məhsulları birbaşa fermerlər tərəfindən satışa çıxarılacaq. "Kənddən Şəhərə" həftəsonu yarmarkalarının təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.Fermerlər yarmarkalarda tamamilə ödənişsiz şəkildə iştirak edəcəklər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunacaqlar.Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara qədər daşınacaq.Budəfəki "Kənddən Şəhərə" həftəsonu yarmarkalarında ümumilikdə 40-dan artıq regiondan 100-ə yaxın fermer iştirak edəcək. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər."Kənddən şəhərə" həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425777923_243:0:2974:2048_1920x0_80_0_0_8b69c7b02b3c332c3160b060107f1e76.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
yarmarka, bazar, həftə
Bu dəfə "Kənddən Şəhərə" yarmarkalarında 40 bölgədən fermerlər iştirak edəcək
Yarmarkalarda yerli kənd təsərrüfatı və qida məhsulları birbaşa fermerlər tərəfindən satışa çıxarılacaq
BAKI, 1 iyul — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2-3 iyul tarixlərində Bakı və Abşeronda "Kənddən Şəhərə" həftəsonu yarmarkaları təşkil olunacaq.
Yarmarkalarda yerli kənd təsərrüfatı və qida məhsulları birbaşa fermerlər tərəfindən satışa çıxarılacaq. "Kənddən Şəhərə" həftəsonu yarmarkalarının təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Fermerlər yarmarkalarda tamamilə ödənişsiz şəkildə iştirak edəcəklər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunacaqlar.
Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara qədər daşınacaq.
Budəfəki "Kənddən Şəhərə" həftəsonu yarmarkalarında ümumilikdə 40-dan artıq regiondan 100-ə yaxın fermer iştirak edəcək. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.
Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.
"Kənddən şəhərə" həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının çıxışı)
Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.