https://sputnik.az/20220701/bank-hesablarindan-ogurluq-eden-sexsler-saxlaniliblar-443576805.html
Bank hesablarından oğurluq edən şəxslər saxlanılıblar
Bank hesablarından oğurluq edən şəxslər saxlanılıblar
Müxtəlif şəxslərin bank hesabından oğruluq edən Sumqayıt sakini polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb 01.07.2022, Sputnik Azərbaycan
2022-07-01T13:38+0400
2022-07-01T13:38+0400
2022-07-01T13:38+0400
bank
hadisə
araşdırma
polis
əməliyyat
/html/head/meta[@name='og:title']/@content
/html/head/meta[@name='og:description']/@content
https://cdnn1.img.sputnik.az/img/41177/62/411776280_0:0:3076:1731_1920x0_80_0_0_3897e416f5d60f188f96cc49e58a1223.jpg
BAKI, 1 iyul — Sputnik. Bakıda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bank hesablarından oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə iyunun 30-da Bakı şəhər sakini G.Nəbiyevanın bank hesabından 1030 manatının çıxarılaraq oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini V.Məmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıb.Eyni zamanda, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə iyunun 16-da Bakı şəhər sakini S.Bayramlının bank hesabından 1098 manatının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Əskərova müəyyən edilərək saxlanılıb.Bundan əlavə, Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə iyunun 24-də şəhər sakini Ə.Rəcəbovun bank hesabından 369 manatının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əsgərov müəyyən edilərək saxlanılıb.Hər üç faktla bağlı araşdırma aparılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2022
Şahpəri Abbasova
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427234608_683:0:2048:1365_100x100_80_0_0_ce97b26143b48800b312034ce6e8059f.jpg
Şahpəri Abbasova
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427234608_683:0:2048:1365_100x100_80_0_0_ce97b26143b48800b312034ce6e8059f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41177/62/411776280_345:0:3076:2048_1920x0_80_0_0_2481bbbcbdfad1e47d9a602fbdcdd900.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
Şahpəri Abbasova
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427234608_683:0:2048:1365_100x100_80_0_0_ce97b26143b48800b312034ce6e8059f.jpg
bank, araşdırma, polis, əməliyyat
bank, araşdırma, polis, əməliyyat
Bank hesablarından oğurluq edən şəxslər saxlanılıblar
Müxtəlif şəxslərin bank hesabından oğruluq edən Sumqayıt sakini polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb
BAKI, 1 iyul — Sputnik. Bakıda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bank hesablarından oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə iyunun 30-da Bakı şəhər sakini G.Nəbiyevanın bank hesabından 1030 manatının çıxarılaraq oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini V.Məmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Eyni zamanda, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə iyunun 16-da Bakı şəhər sakini S.Bayramlının bank hesabından 1098 manatının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Əskərova müəyyən edilərək saxlanılıb.
Bundan əlavə, Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə iyunun 24-də şəhər sakini Ə.Rəcəbovun bank hesabından 369 manatının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əsgərov müəyyən edilərək saxlanılıb.
Hər üç faktla bağlı araşdırma aparılır.