DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropada benzinlə işləyən avtomobillərin satışı qadağan ediləcək

© AFP 2024 / DANIEL LEAL-OLIVASYDM, arxiv şəkli
YDM, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.07.2022
Abunə olmaq
Aİ üzvü olan 27 ölkənin nazirləri iqlim paketinin hədəflərini təsdiq ediblər.
BAKI, 1 iyul — Sputnik. Bütün Avropa məkanında elektromobillərə keçid müddətini dəyişməmək və 2035-ci ildən sonra daxiliyanma mühərrikli yeni avtomobillərin satışını qadağan etmək qərara alınıb.
Avropa İttifaqı (Aİ) üzvü olan 27 ölkənin nazirləri iqlim paketinin hədəflərini təsdiq ediblər. Hərçənd, bu paketin müzakirə edildiyi bir il ərzində koronavirusdan sonrakı böhran və Rusiya ilə enerji müharibəsi səbəbindən avropalılar tərəfindən iqtisadiyyatın "yaşıllaşdırılması" üçün ayrılan pullar azalıb.
Avropa Komissiyası (faktiki olaraq Aİ-nin hökuməti) tərəfindən keçən il yayda təqdim edilmiş qanun layihələri paketində ən radikal tədbir benzinlə və dizel yanacağı ilə işləyən maşınların satışının qadağan edilməsidir.
Məqsəd 2050-ci ilə qədər qlobal istiləşməyə qarşı mübarizə naminə istixana qazları tullantılarını neytrallaşdırmaq üçün qanunda təsbit olunmuş hədəfə Aİ-nin necə nail olmağa hazırlaşdığını təsvir etməkdir.
Aİ üzvü olan bütün 27 ölkənin nümayəndələri kompromisə nail ola biliblər və indi həmin qanun layihələri təsdiqlənmək üçün Avropa Parlamentinə qaytarılır. Avropa Parlamenti elektromobillərə keçid planına ilkin razılığını üç həftə bundan əvvəl bildirib.
Əgər bu plan qəti təsdiq edilərsə, Aİ üzvü olan hər bir ölkə yeni normaları öz qanunvericiliyində təsbit edəcək və bu halda proses praktiki olaraq dönməz olacaq.
Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans deyib:
"Bu gün Avropa İttifaqı üçün və Aİ-nin iqlim planı üçün özəl gündür. Bütün gözləntilərə rəğmən biz irəliləmişik və çoxlarının qeyri-mümkün hesab etdiyi hədəfə nail olmuşuq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0