Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Müdafiə Nazirliyinin əsgəri hansı şəraitdə ölüb?

© Photo : REPORTHərbi tibbi maşın
Hərbi tibbi maşın - Sputnik Azərbaycan, 1920, 30.06.2022
Abunə olmaq
Azərbaycan əsgəri xüsusi texnika ilə ehtiyatsız davranması nəticəsində vəfat edib
BAKI, 30 iyun — Sputnik. Müdafiə Nazirliyinin hərbi qulluqçusu dünyasını dəyişib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, iyunun 29-da Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçu əsgər Məmmədli Fazil Məzahir oğlu vəfat edib.
Onun xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində aldığı xəsarətlərdən öldüyü məlum olub.
Bu faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Hazırda Hərbi Prokurorluqda istintaq aparılır.
Xəbər lenti
0