https://sputnik.az/20220630/bakida-qosulmama-herekati-parlament-sebekesinin-konfransi-baslayir-443514723.html
Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransı başlayır
Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransı başlayır
Sputnik Azərbaycan
“Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransında 40-dan çox ölkənin... 30.06.2022, Sputnik Azərbaycan
2022-06-30T09:55+0400
2022-06-30T09:55+0400
2022-06-30T11:05+0400
siyasət
qoşulmama hərəkatı
https://cdnn1.img.sputnik.az/img/42213/30/422133034_0:0:1938:1091_1920x0_80_0_0_b8763fc98dab8f172afd77acfb023975.jpg
BAKI, 30 iyun - Sputnik. Bu gün Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başlayır.Tədbirdə 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak edəcək.Üç gün davam edəcək toplantıda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul olunacaq, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq ediləcək, qurumun sədri və sədr müavinləri seçiləcək.Həmçinin konfrans iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcək, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə görüşdə deyib ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv olan bir çox müsəlman ölkələri ilə sıx əməkdaşlıq edir. Bununla əlaqədar dövlət başçısı bu günlərdə Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis ediləcəyini məmnunluqla vurğulayıb.
https://sputnik.az/20220627/bakida-qosulmama-herekatinin-parlament-sebekesi-tesis-edilecek-443384994.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42213/30/422133034_119:0:1842:1292_1920x0_80_0_0_bde62da22ac6a1cd6f58316bd31ac057.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qoşulmama hərəkatı
Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransı başlayır
09:55 30.06.2022 (Yenilənib: 11:05 30.06.2022) “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransında 40-dan çox ölkənin parlament nümayəndə heyətləri və 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak edəcək.
BAKI, 30 iyun - Sputnik. Bu gün Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başlayır.
Tədbirdə 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak edəcək.
Üç gün davam edəcək toplantıda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul olunacaq, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq ediləcək, qurumun sədri və sədr müavinləri seçiləcək.
Həmçinin konfrans iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcək, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə görüşdə deyib ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv olan bir çox müsəlman ölkələri ilə sıx əməkdaşlıq edir. Bununla əlaqədar dövlət başçısı bu günlərdə Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis ediləcəyini məmnunluqla vurğulayıb.