https://sputnik.az/20220630/azerbaycan-ve-ran-arasinda-araz-su-anbarinin-is-rejimi-ve-su-bolgusu-mueyyenlesdirilib-443539927.html
Azərbaycan və İran arasında Araz su anbarının iş rejimi və su bölgüsü müəyyənləşdirilib
Azərbaycan və İran arasında Araz su anbarının iş rejimi və su bölgüsü müəyyənləşdirilib
Sputnik Azərbaycan
Araz çayında su və energetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanıb və Protokol imzalanıb 30.06.2022, Sputnik Azərbaycan
2022-06-30T15:25+0400
2022-06-30T15:25+0400
2022-07-01T21:56+0400
araz
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/17/425281959_0:255:1600:1155_1920x0_80_0_0_292b94905b2519523d214c83f25b722d.jpg
BAKI, 30 iyun — Sputnik. İranın Təbriz şəhərində Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan və İranın daimi fəaliyyət göstərən Birgə Komissiyasının 51-ci görüşünün Protokol layihəsinin müzakirəsi keçirilib.Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin şöbə müdiri Elçin Məmmədov və sektor müdiri Elxan Hüseyinov, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının aidiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib ki, görüşdə bir sıra məsələlər müzakirə olunub. Belə ki, Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su və energetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanıb və Protokol imzalanıb.Qeyd edək ki, Azərbaycan-İran Birgə Komissiyasının 52-ci görüşünün Protokol layihəsinin müzakirəsi gələn il Bakı şəhərində keçiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/17/425281959_0:0:1600:1200_1920x0_80_0_0_d35a16a3b3ce8b15905232053a1a46f7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
araz
Azərbaycan və İran arasında Araz su anbarının iş rejimi və su bölgüsü müəyyənləşdirilib
15:25 30.06.2022 (Yenilənib: 21:56 01.07.2022) Araz çayında su və energetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanıb və Protokol imzalanıb
BAKI, 30 iyun — Sputnik. İranın Təbriz şəhərində Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan və İranın daimi fəaliyyət göstərən Birgə Komissiyasının 51-ci görüşünün Protokol layihəsinin müzakirəsi keçirilib.
Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin şöbə müdiri Elçin Məmmədov və sektor müdiri Elxan Hüseyinov, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının aidiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib ki, görüşdə bir sıra məsələlər müzakirə olunub. Belə ki, Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su və energetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanıb və Protokol imzalanıb.
Qeyd edək ki, Azərbaycan-İran Birgə Komissiyasının 52-ci görüşünün Protokol layihəsinin müzakirəsi gələn il Bakı şəhərində keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.