CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah Azərbaycanın rayonlarında yağmursuz hava olacaq

© Sputnik / Ilham MustafayevAğstafa rayonunda Qaltan dərəsi
Ağstafa rayonunda Qaltan dərəsi - Sputnik Azərbaycan, 1920, 29.06.2022
Abunə olmaq
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.
BAKI, 29 iyun — Sputnik. İyunun 30-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.
Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-33° isti olacaq.
Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60% olacaq.
Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 7-12° isti, gündüz 20-25° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0