https://sputnik.az/20220629/azerbaycan-xezerde-ran-mallarinin-esas-idxalcisidir-443470246.html
Azərbaycan Xəzərdə İran mallarının əsas idxalçısıdır
Azərbaycan Xəzərdə İran mallarının əsas idxalçısıdır
Sputnik Azərbaycan
Qonşu ölkənin Gömrük İdarəsindən bildirilib ki, Rusiya Xəzərdəki qonşuları arasında İran üçün əsas mənbəyə çevrilib və İslam Respublikası üçün 319,1 milyon... 29.06.2022, Sputnik Azərbaycan
2022-06-29T12:24+0400
2022-06-29T12:24+0400
2022-06-29T12:24+0400
iran
iqtisadiyyat
idxal
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/09/07/424861925_65:0:3000:1651_1920x0_80_0_0_9abb032611434515647e68531b104075.jpg
BAKI, 29 iyun — Sputnik. Azərbaycan martın 21-dən mayın 21-dək (İranda yeni il martın 21-də başlayır - red.) iki aylıq dövr ərzində Xəzər dənizində İran mallarının idxalçıları arasında birinci olub. Bunu İran Gömrük İdarəsinin sözçüsü Ruhullah Lətifi deyib.Bu dövrdə İran Xəzəryanı ölkələrin qalan hissəsinə 263,19 milyon dollardan çox dəyərdə 646,4 min ton məhsul ixrac edib. İxrac həcminin 14 faiz azalmasına baxmayaraq, ixrac edilmiş məhsulun dəyəri 17 faiz artıb.Belə ki, Azərbaycan iki ayda 115 milyon dollar dəyərində 121,3 min ton İran malı idxal edib.Sonrakı yerdə 68,6 milyon dollar dəyərində 198,7 min ton idxalla Rusiya, 58,602 milyon dollar dəyərində 232,4 min ton malla Türkmənistan və 20,854 dollar dəyərində 94 min ton alışla Qazaxıstan gəlir.İranın idxalına gəlincə, Rusiya Xəzərdəki qonşuları arasında İran üçün əsas mənbəyə çevrilib. Rusiya İrana 319,1 milyon dollar dəyərində 443,7 min ton məhsul satıb.İranın Xəzəryanı ölkələrlə ticarət həcmi iki aylıq dövrdə (martın 21-dən mayın 21-dək) keçən ilin eyni dövrü ilə müqayisədə 10% artıb.Ümumilikdə, bu iki ayda İran 16,6 milyard dollar dəyərində 22,2 milyon tondan çox qeyri-neft məhsulları ixrac edib.Xatırladaq ki, bu gün Aşqabadda beş ölkənin - Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan liderlərinin iştirakı ilə VI Xəzər Sammiti keçirilir.Sammit ərəfəsində, iyunun 28-də Türkmənistanın paytaxtında Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin (XİN) iclası keçirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Cəfər Ağadadaşev
https://cdnn1.img.sputnik.az/img/07e6/02/07/438910630_0:0:354:355_100x100_80_0_0_65d9ad796e98055f7e4a084b33c5f84c.jpg
Cəfər Ağadadaşev
https://cdnn1.img.sputnik.az/img/07e6/02/07/438910630_0:0:354:355_100x100_80_0_0_65d9ad796e98055f7e4a084b33c5f84c.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/07/424861925_799:0:3000:1651_1920x0_80_0_0_3416177d3248ef9c0ec3ffb775123ea2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Cəfər Ağadadaşev
https://cdnn1.img.sputnik.az/img/07e6/02/07/438910630_0:0:354:355_100x100_80_0_0_65d9ad796e98055f7e4a084b33c5f84c.jpg
iran, idxal, azərbaycan
Azərbaycan Xəzərdə İran mallarının əsas idxalçısıdır
Qonşu ölkənin Gömrük İdarəsindən bildirilib ki, Rusiya Xəzərdəki qonşuları arasında İran üçün əsas mənbəyə çevrilib və İslam Respublikası üçün 319,1 milyon dollar dəyərində 443,7 min ton məhsul satıb.
BAKI, 29 iyun — Sputnik. Azərbaycan martın 21-dən mayın 21-dək (İranda yeni il martın 21-də başlayır - red.) iki aylıq dövr ərzində Xəzər dənizində İran mallarının idxalçıları arasında birinci olub. Bunu İran Gömrük İdarəsinin sözçüsü Ruhullah Lətifi deyib.
Bu dövrdə İran Xəzəryanı ölkələrin qalan hissəsinə 263,19 milyon dollardan çox dəyərdə 646,4 min ton məhsul ixrac edib. İxrac həcminin 14 faiz azalmasına baxmayaraq, ixrac edilmiş məhsulun dəyəri 17 faiz artıb.
Belə ki, Azərbaycan iki ayda 115 milyon dollar dəyərində 121,3 min ton İran malı idxal edib.
Sonrakı yerdə 68,6 milyon dollar dəyərində 198,7 min ton idxalla Rusiya, 58,602 milyon dollar dəyərində 232,4 min ton malla Türkmənistan və 20,854 dollar dəyərində 94 min ton alışla Qazaxıstan gəlir.
İranın idxalına gəlincə, Rusiya Xəzərdəki qonşuları arasında İran üçün əsas mənbəyə çevrilib. Rusiya İrana 319,1 milyon dollar dəyərində 443,7 min ton məhsul satıb.
İranın Xəzəryanı ölkələrlə ticarət həcmi iki aylıq dövrdə (martın 21-dən mayın 21-dək) keçən ilin eyni dövrü ilə müqayisədə 10% artıb.
Ümumilikdə, bu iki ayda İran 16,6 milyard dollar dəyərində 22,2 milyon tondan çox qeyri-neft məhsulları ixrac edib.
Xatırladaq ki, bu gün Aşqabadda beş ölkənin - Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan liderlərinin iştirakı ilə VI Xəzər Sammiti keçirilir.
Sammit ərəfəsində, iyunun 28-də Türkmənistanın paytaxtında Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin (XİN) iclası keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.