https://sputnik.az/20220627/ermenistanla-rusiyani-birlesdiren-yegane-quru-yolu-baglanib-443384152.html
Ermənistanla Rusiyanı birləşdirən yeganə quru yolu bağlanıb
Ermənistanla Rusiyanı birləşdirən yeganə quru yolu bağlanıb
Sputnik Azərbaycan
Gürcüstan-Rusiya sərhədindəki “Kazbeqi” gömrük-keçid məntəqəsi mürəkkəb meteoroloji vəziyyətlə əlaqədar olaraq fəaliyyətini müvəqqəti dayandırıb. 27.06.2022, Sputnik Azərbaycan
2022-06-27T11:53+0400
2022-06-27T11:53+0400
2022-06-27T12:02+0400
rusiya
ermənistan
gürcüstan
sərhəd
https://cdnn1.img.sputnik.az/img/42204/17/422041753_20:0:982:541_1920x0_80_0_0_7b31fd2e134e8b0c97ec596e7427d4e0.jpg
BAKI, 27 iyun - Sputnik. Gürcüstanda intensiv yağışlar səbəbindən Terek çayının daşması nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolu bütün növ nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.Mürəkkəb meteoroloji vəziyyətlə əlaqədar olaraq Gürcüstan-Rusiya sərhədindəki “Kazbeqi” gömrük-keçid məntəqəsi də müvəqqəti olaraq fəaliyyətini dayandırıb.Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib ki, gömrük-keçid məntəqəsində bütün gömrük nəzarəti prosedurları dayandırılıb. Həmçinin fiziki şəxslərin də dövlət sərhədini keçməsi mümkünsüz olub.Hava şəraiti yaxşılaşdıqdan və bərpa işləri başa çatdıqdan sonra “Kazbeqi” gömrük-keçid məntəqəsi əvvəlki kimi tam gücü ilə fəaliyyətini davam etdirəcək, sərnişinlərin hərəkəti və yüklərin daşınması problemsiz həyata keçiriləcək.Qeyd edək ki, Mtsxeta-Stepantsminda-Lars avtomobil yolu Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru və alternativi olmayan yoldur (Report).Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42204/17/422041753_140:0:861:541_1920x0_80_0_0_9b524bfb9b941c8a6ef4e7d8b24ad360.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, gürcüstan, sərhəd
ermənistan, gürcüstan, sərhəd
Ermənistanla Rusiyanı birləşdirən yeganə quru yolu bağlanıb
11:53 27.06.2022 (Yenilənib: 12:02 27.06.2022) Gürcüstan-Rusiya sərhədindəki “Kazbeqi” gömrük-keçid məntəqəsi mürəkkəb meteoroloji vəziyyətlə əlaqədar olaraq fəaliyyətini müvəqqəti dayandırıb.
BAKI, 27 iyun - Sputnik. Gürcüstanda intensiv yağışlar səbəbindən Terek çayının daşması nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolu bütün növ nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.
Mürəkkəb meteoroloji vəziyyətlə əlaqədar olaraq Gürcüstan-Rusiya sərhədindəki “Kazbeqi” gömrük-keçid məntəqəsi də müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib ki, gömrük-keçid məntəqəsində bütün gömrük nəzarəti prosedurları dayandırılıb. Həmçinin fiziki şəxslərin də dövlət sərhədini keçməsi mümkünsüz olub.
Hava şəraiti yaxşılaşdıqdan və bərpa işləri başa çatdıqdan sonra “Kazbeqi” gömrük-keçid məntəqəsi əvvəlki kimi tam gücü ilə fəaliyyətini davam etdirəcək, sərnişinlərin hərəkəti və yüklərin daşınması problemsiz həyata keçiriləcək.
Qeyd edək ki, Mtsxeta-Stepantsminda-Lars avtomobil yolu Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru və alternativi olmayan yoldur (Report).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.