https://sputnik.az/20220627/azerbaycan-turkiye-ve-qazaxistanla-munasibetleri-anlatmaga-gerek-yox-uc-qardas-olkeyik-443386615.html
"Azərbaycan, Türkiyə və Qazaxıstanla münasibətləri anlatmağa gərək yox, üç qardaş ölkəyik"
"Azərbaycan, Türkiyə və Qazaxıstanla münasibətləri anlatmağa gərək yox, üç qardaş ölkəyik"
Sputnik Azərbaycan
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Zəngəzur dəhlizinin açılmasını gözləyirlər və bu istiqamətdə işlərə türk dövlətlərinin də böyük töhfə... 27.06.2022, Sputnik Azərbaycan
2022-06-27T13:05+0400
2022-06-27T13:05+0400
2022-06-27T13:46+0400
siyasət
mövlud çavuşoğlu
türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1b/443381517_27:0:1254:690_1920x0_80_0_0_3b95f650dd892defd532985995c916c7.jpg
BAKI, 27 iyun - Sputnik. Azərbaycan və Qazaxıstanla ikitərəfli münasibətlərimizi anlatmağa gərək yoxdur. Üç qardaş ölkəyik.Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin bu gün Bakıda keçirilən birinci üçtərəfli iclasından sonrakı brifinqdə deyib."Hər sahədə ikitərəfli münasibətlərimizi inkişaf etdirmək üçün səy göstəririk. Başda Türk Dövlətləri Təşkilatı olmaqla, beynəlxalq platformalarda çox sıx əməkdaşlığımız var", - XİN başçısı qeyd edib."Münasibətlərimiz ətrafımızdakı sınaqlardan dolayı daha da önəm qazanıb. Bu proseslərin davamında fürsətlər də ortaya çıxır", - Çavuşoğlu deyib.O qeyd edib ki, "məqsədimiz bu fürsətlərdən xalqlarımızın, bölgəmizin xeyrinə istifadə etməkdir. Taxıl mövzusunu izləyirsiniz. BMT ilə birgə məsələni həll etmək üçün səy göstəririk. Davamlı və güvənli logistika xətlərinin önəmini bir daha görürük. Bu baxımdan milli və regional əhatəmizi artırmaq üçün önəmli sərmayələr etməyə davam edirik". Türkiyə XİN başçısı çıxışında Xəzər dəhlizlərinə də toxunub. "Xəzər dəhlizləri xüsusi önəm daşıyır. Nəqliyyat və logistika xətlərinin inkişafı bölgəyə mühüm töhfə verəcək", - o, deyib. Çavuşoğlu qeyd edib ki, energetika və enerji infrastrukturu sahəsində əməkdaşlığımızı genişləndirmək istəyirlər:"Yeni əlaqələrin açılması bölgəmizə müsbət təsir edəcək. Bu baxımdan Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşması prosesini dəstəkləyirik. Bu kontekstdə Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında açılacaq Zəngəzur dəhlizinin açılmasını gözləyirik. Ümid edirəm ki, bu istiqamətdə işlərə türk dövlətləri də böyük töhfə verəcəklər". Çavuşoğlu Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik də edib: "Can Azərbaycanın Silahlı Qüvvələrini təbrik edirəm. Azərbaycan ordusu Vətən müharibəsində qəhrəmanlığını və türkün gücünü göstərdi. Bu anlamda bütün şəhidlərimizi bir daha hörmət və ehtiramla yad edirəm".
https://sputnik.az/20220627/baki-beyannamesi-imzalandi-443382186.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1b/443381517_180:0:1100:690_1920x0_80_0_0_883dab074cc530b31357b3170a0dd5b9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
"Azərbaycan, Türkiyə və Qazaxıstanla münasibətləri anlatmağa gərək yox, üç qardaş ölkəyik"
13:05 27.06.2022 (Yenilənib: 13:46 27.06.2022) Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Zəngəzur dəhlizinin açılmasını gözləyirlər və bu istiqamətdə işlərə türk dövlətlərinin də böyük töhfə verəcəyinə ümid edir.
BAKI, 27 iyun - Sputnik. Azərbaycan və Qazaxıstanla ikitərəfli münasibətlərimizi anlatmağa gərək yoxdur. Üç qardaş ölkəyik.
Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin bu gün Bakıda keçirilən birinci üçtərəfli iclasından sonrakı brifinqdə deyib.
"Hər sahədə ikitərəfli münasibətlərimizi inkişaf etdirmək üçün səy göstəririk. Başda Türk Dövlətləri Təşkilatı olmaqla, beynəlxalq platformalarda çox sıx əməkdaşlığımız var", - XİN başçısı qeyd edib.
"Münasibətlərimiz ətrafımızdakı sınaqlardan dolayı daha da önəm qazanıb. Bu proseslərin davamında fürsətlər də ortaya çıxır", - Çavuşoğlu deyib.
O qeyd edib ki, "məqsədimiz bu fürsətlərdən xalqlarımızın, bölgəmizin xeyrinə istifadə etməkdir. Taxıl mövzusunu izləyirsiniz. BMT ilə birgə məsələni həll etmək üçün səy göstəririk. Davamlı və güvənli logistika xətlərinin önəmini bir daha görürük. Bu baxımdan milli və regional əhatəmizi artırmaq üçün önəmli sərmayələr etməyə davam edirik".
Türkiyə XİN başçısı çıxışında Xəzər dəhlizlərinə də toxunub.
"Xəzər dəhlizləri xüsusi önəm daşıyır. Nəqliyyat və logistika xətlərinin inkişafı bölgəyə mühüm töhfə verəcək", - o, deyib.
Çavuşoğlu qeyd edib ki, energetika və enerji infrastrukturu sahəsində əməkdaşlığımızı genişləndirmək istəyirlər:
"Yeni əlaqələrin açılması bölgəmizə müsbət təsir edəcək. Bu baxımdan Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşması prosesini dəstəkləyirik. Bu kontekstdə Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında açılacaq Zəngəzur dəhlizinin açılmasını gözləyirik. Ümid edirəm ki, bu istiqamətdə işlərə türk dövlətləri də böyük töhfə verəcəklər".
Çavuşoğlu Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik də edib:
"Can Azərbaycanın Silahlı Qüvvələrini təbrik edirəm. Azərbaycan ordusu Vətən müharibəsində qəhrəmanlığını və türkün gücünü göstərdi. Bu anlamda bütün şəhidlərimizi bir daha hörmət və ehtiramla yad edirəm".