https://sputnik.az/20220624/tebb-masallida-bas-veren-qezada-yaralananlardan-veziyyeti-agir-olanlar-var-443279787.html
TƏBİB: Masallıda baş verən qəzada yaralananlardan vəziyyəti ağır olanlar var
TƏBİB: Masallıda baş verən qəzada yaralananlardan vəziyyəti ağır olanlar var
Sputnik Azərbaycan
TƏBİB-dən verilən məlumatda bildirilir ki, Masallı Rayon Mərkəzi Xəstəxanasında müalicə alan vətəndaşlardan 3 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti... 24.06.2022, Sputnik Azərbaycan
2022-06-24T16:56+0400
2022-06-24T16:56+0400
2022-06-24T16:56+0400
qəza
hadisə
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440565782_0:0:1280:720_1920x0_80_0_0_5606da0be93611bf4d42594015309a91.jpg
BAKI, 24 iyun — Sputnik. Dünən Masallının Ləngan kəndində, Qızılağac-Göytəpə yolunda 2 avtomobil və 1 avtobusun toqquşması, nəticədə 22 nəfərin xəsarət alması hadisəsi ilə bağlı cinayət işi açılıb.“Mercedes” markalı avtobusun “Hyundai” və “Mercedes” markalı minik avtomobilləri ilə toqquşmasının çoxsaylı xəsarətlərlə nəticələnməsi faktı ilə əlaqədar Masallı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə iş açılıb. Faktla bağlı ekspertizalar təyin edilib, digər zəruri araşdırmalara başlanılıb.Faktla bağlı TƏBİB-dən (“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”) verilən məlumatda bildirilir ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Masallı rayonunun Əhmədli kəndindən keçən hissəsində qeydə alınan hadisə zamanı yaralananlardan 10 nəfərin Masallı Rayon Mərkəzi Xəstəxanasında, 3 nəfərin isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müalicələri davam etdirilir.Masallı Rayon Mərkəzi Xəstəxanasında müalicə alan vətəndaşlardan 3 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti ağır, 4 nəfərin vəziyyəti isə stabil olaraq qiymətləndirilir.Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müalicəsi davam edən hər 3 nəfərin vəziyyəti isə orta ağır olaraq dəyərləndirilir.Xəsarət alaraq stasionar müalicə üçün hər iki xəstəxanaya yerləşdirilmiş 23 nəfərdən 7-nə ilkin yardım göstərildikdən sonra onlar ambulator müalicə üçün evə buraxılıb. 3 nəfər yaralı isə vəziyyətlərinə uyğun olaraq Bakıda yerləşən ixtisaslaşmış tibb müəssisələrinə təxliyə olunub, vəziyyətləri orta ağırdır.
https://sputnik.az/20220623/masallida-3-avtomobil-toqqusub-23-nefer-yaralanib-443264549.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440565782_160:0:1120:720_1920x0_80_0_0_8d78c41bf287b2fc74d858814feff3c4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qəza
TƏBİB: Masallıda baş verən qəzada yaralananlardan vəziyyəti ağır olanlar var
TƏBİB-dən verilən məlumatda bildirilir ki, Masallı Rayon Mərkəzi Xəstəxanasında müalicə alan vətəndaşlardan 3 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti ağır, 4 nəfərin vəziyyəti isə stabildir.
BAKI, 24 iyun — Sputnik. Dünən Masallının Ləngan kəndində, Qızılağac-Göytəpə yolunda 2 avtomobil və 1 avtobusun toqquşması, nəticədə 22 nəfərin xəsarət alması hadisəsi ilə bağlı cinayət işi açılıb.
“Mercedes” markalı avtobusun “Hyundai” və “Mercedes” markalı minik avtomobilləri ilə toqquşmasının çoxsaylı xəsarətlərlə nəticələnməsi faktı ilə əlaqədar Masallı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə iş açılıb. Faktla bağlı ekspertizalar təyin edilib, digər zəruri araşdırmalara başlanılıb.
Faktla bağlı TƏBİB-dən (“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”) verilən məlumatda bildirilir ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Masallı rayonunun Əhmədli kəndindən keçən hissəsində qeydə alınan hadisə zamanı yaralananlardan 10 nəfərin Masallı Rayon Mərkəzi Xəstəxanasında, 3 nəfərin isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müalicələri davam etdirilir.
Masallı Rayon Mərkəzi Xəstəxanasında müalicə alan vətəndaşlardan 3 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti ağır, 4 nəfərin vəziyyəti isə stabil olaraq qiymətləndirilir.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müalicəsi davam edən hər 3 nəfərin vəziyyəti isə orta ağır olaraq dəyərləndirilir.
Xəsarət alaraq stasionar müalicə üçün hər iki xəstəxanaya yerləşdirilmiş 23 nəfərdən 7-nə ilkin yardım göstərildikdən sonra onlar ambulator müalicə üçün evə buraxılıb. 3 nəfər yaralı isə vəziyyətlərinə uyğun olaraq Bakıda yerləşən ixtisaslaşmış tibb müəssisələrinə təxliyə olunub, vəziyyətləri orta ağırdır.