https://sputnik.az/20220624/meymunciceyi-yayilmaga-davam-edir-virus-avropadan-cenubi-amerikaya-kecib-443274773.html
Meymunçiçəyi yayılmağa davam edir: Virus Avropadan Cənubi Amerikaya keçib
Meymunçiçəyi yayılmağa davam edir: Virus Avropadan Cənubi Amerikaya keçib
Sputnik Azərbaycan
Avropadan Cənubi Amerikaya səfər edən şəxslərdə meymunçiçəyinə yoluxma halı aşkarlanıb. 24.06.2022, Sputnik Azərbaycan
2022-06-24T13:21+0400
2022-06-24T13:21+0400
2022-06-24T13:21+0400
xəstəlik
səhiyyə
ümumdünya səhiyyə təşkilatı
https://cdnn1.img.sputnik.az/img/07e6/05/14/442119021_0:145:3000:1833_1920x0_80_0_0_1f967a31f340de7e559f3cc04d65c136.jpg
BAKI, 24 iyun — Sputnik. Cənubi Amerika ölkəsi Kolumbiyada ilk dəfə üç nəfərdə meymunçiçəyinə yoluxma halı aşkarlanıb.Səlahiyyətlilər Boqotada müəyyən edilən xəstələrin bu yaxınlarda Avropadan gəldiklərini bildiriblər.Ölkənin Səhiyyə Nazirliyindən verilən açıqlamada qeyd edilir ki, yoluxmanın aşkar edildiyi iki nəfər paytaxt Boqotadan, biri isə Medelyindən olub.Şübhəlilər üzərində aparılan yoxlamalarda laboratoriya testləri müsbət çıxıb və xəstələr təcrid edilib.İndiyədək meymunçiçəyinə yoluxma artıq 60-a yaxın ölkədə təsdiqlənib.Xatırladaq ki, Ümumdünya Səhiyyə Şəbəkəsi (World Health Network/WHN) meymunçiçəyi xəstəliyini pandemiya elan edib.Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qısa zaman ərzində Azərbaycana meymunçiçəyi virusunu təsbit edə biləcək testlər göndərəcək. Azərbaycan hökuməti testlərin gətirilməsi üçün müraciət edib. Çox qısa zaman ərzində Azərbaycana testlər gətiriləcək. Virusu aşkarlamaq üçün bir neçə test növü var. Hazırda hansı növ testin Azərbaycana gətirilməsi müzakirə olunur. Bu müzakirələr Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə aparılır. Təxminən minlərlə belə testin gətirilməsi nəzərdə tutulub. Hazırda Azərbaycanda həmin virusla bağlı təhlükə yoxdur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/14/442119021_182:0:2818:1977_1920x0_80_0_0_8e94b0cdd8f51b8aa5fcd136e484c278.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəstəlik, ümumdünya səhiyyə təşkilatı
xəstəlik, ümumdünya səhiyyə təşkilatı
Meymunçiçəyi yayılmağa davam edir: Virus Avropadan Cənubi Amerikaya keçib
Avropadan Cənubi Amerikaya səfər edən şəxslərdə meymunçiçəyinə yoluxma halı aşkarlanıb.
BAKI, 24 iyun — Sputnik. Cənubi Amerika ölkəsi Kolumbiyada ilk dəfə üç nəfərdə meymunçiçəyinə yoluxma halı aşkarlanıb.
Səlahiyyətlilər Boqotada müəyyən edilən xəstələrin bu yaxınlarda Avropadan gəldiklərini bildiriblər.
Ölkənin Səhiyyə Nazirliyindən verilən açıqlamada qeyd edilir ki, yoluxmanın aşkar edildiyi iki nəfər paytaxt Boqotadan, biri isə Medelyindən olub.
Şübhəlilər üzərində aparılan yoxlamalarda laboratoriya testləri müsbət çıxıb və xəstələr təcrid edilib.
İndiyədək meymunçiçəyinə yoluxma artıq 60-a yaxın ölkədə təsdiqlənib.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Şəbəkəsi (World Health Network/WHN) meymunçiçəyi xəstəliyini pandemiya elan edib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qısa zaman ərzində Azərbaycana meymunçiçəyi virusunu təsbit edə biləcək testlər göndərəcək. Azərbaycan hökuməti testlərin gətirilməsi üçün müraciət edib. Çox qısa zaman ərzində Azərbaycana testlər gətiriləcək.
Virusu aşkarlamaq üçün bir neçə test növü var. Hazırda hansı növ testin Azərbaycana gətirilməsi müzakirə olunur. Bu müzakirələr Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə aparılır. Təxminən minlərlə belə testin gətirilməsi nəzərdə tutulub. Hazırda Azərbaycanda həmin virusla bağlı təhlükə yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.