Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml Kalininqrad ətrafındakı vəziyyətlə bağlı qərarlı olduğunu açıqladı

© AFP 2023 / ALEXANDER NEMENOVkreml
kreml - Sputnik Azərbaycan, 1920, 24.06.2022
Abunə olmaq
Peskov deyib ki, Kremldə Litvanın Kalininqrada tranzitin məhdudlaşdırılması haqqında qərarı ləğv edə biləcəyini istisna etmirlər.
BAKI, 24 iyun — Sputnik. Moskva Kalininqradın nəqliyyat blokadası ilə bağlı yaranmış vəziyyətində kifayət qədər qətiyyətlidir, lakin qərar qəbul etməyə tələsmir.
Bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.
"Burada tələsmək lazım deyil, amma eyni zamanda, biz, əlbəttə ki, kifayət qədər qətiyyətliyik. Qərarların qəbulu üçün müəyyən vaxt lazımdır", - deyə o, Kalininqrad ətrafındakı vəziyyəti şərh edərkən bildirib.
Kremlin sözçüsü vurğulayıb ki, Rusiya hakimiyyəti hazırda baş verənləri ciddi şəkildə təhlil edərək Xarici İşlər Nazirliyi vasitəsilə digər ölkələrdən olan həmkarlarına öz mövqeyini izah edir.
"Mən hətta deyərdim ki, onlar artıq tərəfdaş deyil, bizim rəqiblərimizdir", - deyə Peskov bildirib.
Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Rusiya prezidenti Vladimir Putinə məruzəsindən sonra cavab tədbirləri gözləməyin mümkün olub-olmamasından danışarkən Peskov deyib ki, bu vəziyyəti təhlil etmək üçün onlara vaxt lazımdır:
"Düşünürəm ki, həmin rəqiblərin özlərinə də bu vəziyyəti aradan qaldırmaq üçün nə etmək lazım olduğunu başa düşməyə vaxt lazımdır. Burada biz tamamilə haqlıyıq".
Kremldə Litvanın Kalininqrada tranzitin məhdudlaşdırılması haqqında qərarı ləğv edə biləcəyini də istisna etmirlər. Bununla belə, onlar ən çətin variantlara belə hazırlaşacaqlar.
"Gəlin, heç nəyi istisna etməyək. Ən yaxşısına ümid edək, amma ən pisinə hazırlaşaq. Biz həmişə belə edirik", - deyə Peskov sözünü yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0