DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Lavrov Tehranda iranlı həmkarı ilə görüşüb

© Sputnik / Асатур ЕсаянцRusiyanın xarici işlər naziri Sergey Lavrov, arxiv şəkli
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.06.2022
Abunə olmaq
Rusiya xarici işlər naziri dünən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın dəvəti ilə İran paytaxtına gəlib.
BAKI, 23 iyun — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrana səfəri davam edir.
Rusiyalı nazir bu gün prezident İbrahim Rəisi və iranlı həmkarı ilə görüşüb.
Tərəflər sanksiyalar çərçivəsində yeni iqtisadi əlaqələrin qurulması məsələsini müzakirə ediblər.
Rusiya xarici işlər naziri dünən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın dəvəti ilə İran paytaxtına gəlib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, XİN rəhbəri iyunun 22-23-də Tehranda işgüzar səfərdə olacaq.
Zaxarova bir müddət əvvəl qeyd etmişdi ki, danışıqlar zamanı bir sıra aktual beynəlxalq məsələlər, o cümlədən İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı, Ukraynada, Suriyada, Əfqanıstan, Cənubi Qafqaz, Yəmən və Xəzər dənizi ətrafında vəziyyət daxil olmaqla fikir mübadiləsi aparılacaq.
Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-də Azərbaycana işgüzar səfər edəcək.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ötən gün keçirdiyi brifinqdə Lavrovun Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının planlaşdırıldığını bildirib.
"Azərbaycan prezidenti ilə görüş gözlənilir. Səfər zamanı Rusiya və Azərbaycan prezidentlərinin Moskvada 22 fevral 2022-ci il tarixində imzaladıqları "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannaməyə uyğun olaraq ikitərəfli münasibətlərin gələcək inkişafının bütün kompleks məsələlərinə baxılacaq. Bundan əlavə, bir sıra aktual regional və beynəlxalq süjetlərin ətraflı müzakirəsi planlaşdırılır. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsinin gedişatına xüsusi diqqət ayrılacaq. Xatırladım ki, bu razılaşmalar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına və Cənubi Qafqazın sabitlik və firavanlıq regionuna çevrilməsinə hesablanıb", - XİN rəsmisi vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0