https://sputnik.az/20220623/azerbaycanla-ruminiya-arasinda-ticaret-dovriyyesi-iki-defeden-cox-artib-443244470.html
Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb
Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb
Sputnik Azərbaycan
İnvestisiya olaraq Azərbaycan Ruminıya iqtisadiyyatına 135, Rumıniya şirkətləri isə Azərbaycana 30 milyon dollar yatırım edib 23.06.2022, Sputnik Azərbaycan
2022-06-23T15:49+0400
2022-06-23T15:49+0400
2022-06-23T15:49+0400
azərbaycan
iqtisadiyyat
rumıniya
hökumət
https://cdnn1.img.sputnik.az/img/42040/34/420403425_0:101:1920:1181_1920x0_80_0_0_af66d1636d32934a9be3df95b31f9c9e.jpg
BAKI, 23 iyun — Sputnik. Ötən il Azərbaycan və Rumıniya arasında ikitərəfli ticari dövriyyə sahəsində 31 faizdən çox artım olub. İxrac və idxalda artım müvafiq olaraq 19 və 52 faiz təşkil edib. Bu ilin beş ayında ticari dövriyyə rəqəmləri iki dəfə artaraq 158 milyon ABŞ dolları təşkil edib. İxrac da üç dəfə artaraq 125 milyon ABŞ dollarına bərabər olub.Bunu Bakıda keçirilən "Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya"nın 6-cı iclasında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.Nazir müavininin sözlərinə görə, investisiya olaraq Azərbaycan Ruminıya iqtisadiyyatına 135, Rumıniya şirkətləri isə Azərbaycana 30 milyon dollar yatırım edib.Sonra komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edərək deyib ki, ötən il Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi 31,3 faiz, bu ilin yanvar-aprel aylarında 2,77 dəfə artıb.Nazir Azərbaycan və Rumıniya diplomatik münasibətlərinin qurulmasından 30 il ötdüyünü, ötən dövrdə Azərbaycan-Rumıniya əlaqələrinin daim inkişaf edərək bu gün strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb.Nazir 2019-cu ildə imzalanmış Strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyannamənin, 2011-ci ildə imzalanmış Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının, həmçinin ötən illərdə imzalanmış 61 əməkdaşlıq sənədinin əlaqələrin getdikcə genişlənməsində xüsusi rolunu diqqətə çatdırıb.Ölkəmizdə əldə olunan sosial-iqtisadi nailiyyətləri qeyd edən S.Babayev Azərbaycanda Rumıniya və Rumıniyada Azərbaycan şirkətlərinin uğurlu fəaliyyətindən bəhs edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42040/34/420403425_106:0:1815:1282_1920x0_80_0_0_84bfeb47ea80bab189b4ab15fd479c0e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, rumıniya, hökumət
azərbaycan, rumıniya, hökumət
Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb
İnvestisiya olaraq Azərbaycan Ruminıya iqtisadiyyatına 135, Rumıniya şirkətləri isə Azərbaycana 30 milyon dollar yatırım edib
BAKI, 23 iyun — Sputnik. Ötən il Azərbaycan və Rumıniya arasında ikitərəfli ticari dövriyyə sahəsində 31 faizdən çox artım olub. İxrac və idxalda artım müvafiq olaraq 19 və 52 faiz təşkil edib. Bu ilin beş ayında ticari dövriyyə rəqəmləri iki dəfə artaraq 158 milyon ABŞ dolları təşkil edib. İxrac da üç dəfə artaraq 125 milyon ABŞ dollarına bərabər olub.
Bunu Bakıda keçirilən "Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya"nın 6-cı iclasında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
Nazir müavininin sözlərinə görə, investisiya olaraq Azərbaycan Ruminıya iqtisadiyyatına 135, Rumıniya şirkətləri isə Azərbaycana 30 milyon dollar yatırım edib.
Sonra komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edərək deyib ki, ötən il Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi 31,3 faiz, bu ilin yanvar-aprel aylarında 2,77 dəfə artıb.
Nazir Azərbaycan və Rumıniya diplomatik münasibətlərinin qurulmasından 30 il ötdüyünü, ötən dövrdə Azərbaycan-Rumıniya əlaqələrinin daim inkişaf edərək bu gün strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb.
Nazir 2019-cu ildə imzalanmış Strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyannamənin, 2011-ci ildə imzalanmış Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının, həmçinin ötən illərdə imzalanmış 61 əməkdaşlıq sənədinin əlaqələrin getdikcə genişlənməsində xüsusi rolunu diqqətə çatdırıb.
Ölkəmizdə əldə olunan sosial-iqtisadi nailiyyətləri qeyd edən S.Babayev Azərbaycanda Rumıniya və Rumıniyada Azərbaycan şirkətlərinin uğurlu fəaliyyətindən bəhs edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.