https://sputnik.az/20220622/fuzulide-britaniya-sirketinin-emekdasini-ilan-sancdi-443205334.html
Füzulidə Britaniya şirkətinin əməkdaşını ilan sancdı
Füzulidə Britaniya şirkətinin əməkdaşını ilan sancdı
Sputnik Azərbaycan
Zərərçəkmişin vəziyyəti qənaətbəxşdir 22.06.2022, Sputnik Azərbaycan
2022-06-22T15:57+0400
2022-06-22T15:57+0400
2022-06-22T16:07+0400
füzuli
hadisə
https://cdnn1.img.sputnik.az/img/07e4/07/16/424499292_0:128:3159:1905_1920x0_80_0_0_c375893e4171914395221148d17ba1b4.jpg
BAKI, 22 iyun — Sputnik. İyunun 22-də Minatəmizləmə Agentliyi ilə (ANAMA) əməkdaşlıq edən “RPS Energy Ltd.” şirkətinin nümayəndəsini Füzuli rayonunda xidməti vəzifəsini yerinə yetirərkən ilan sancıb.Bu barədə ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, nümayəndəyə ANAMA-nın tibbi yardım heyəti tərəfindən ilkin yardım göstərilməsi ilə yanaşı, ilan sancması zamanı zəruri olan bütün müvafiq tədbirlər görülüb: “Həkimlərin peşəkarlığı sayəsində zərərçəkmişin vəziyyəti operativ şəkildə təhlil olunub və ilk yardım dəstində mövcud olan ilan əleyhinə zərdab vurulub. Zəruri müayinələrdən keçirilməsi üçün nümayəndə xəstəxanaya göndərilib. Vəziyyəti qənaətbəxşdir”.Qeyd edək ki, “RPS Energy Ltd.” Böyük Britaniya şirkətidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/16/424499292_231:0:2962:2048_1920x0_80_0_0_05f28ab06adda979a6ea3056d87301d2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
füzuli
Füzulidə Britaniya şirkətinin əməkdaşını ilan sancdı
15:57 22.06.2022 (Yenilənib: 16:07 22.06.2022) Zərərçəkmişin vəziyyəti qənaətbəxşdir
BAKI, 22 iyun — Sputnik. İyunun 22-də Minatəmizləmə Agentliyi ilə (ANAMA) əməkdaşlıq edən “RPS Energy Ltd.” şirkətinin nümayəndəsini Füzuli rayonunda xidməti vəzifəsini yerinə yetirərkən ilan sancıb.
Bu barədə ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, nümayəndəyə ANAMA-nın tibbi yardım heyəti tərəfindən ilkin yardım göstərilməsi ilə yanaşı, ilan sancması zamanı zəruri olan bütün müvafiq tədbirlər görülüb: “Həkimlərin peşəkarlığı sayəsində zərərçəkmişin vəziyyəti operativ şəkildə təhlil olunub və ilk yardım dəstində mövcud olan ilan əleyhinə zərdab vurulub. Zəruri müayinələrdən keçirilməsi üçün nümayəndə xəstəxanaya göndərilib. Vəziyyəti qənaətbəxşdir”.
Qeyd edək ki, “RPS Energy Ltd.” Böyük Britaniya şirkətidir.