NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft dünyada bahalaşır

© AFP 2024 / JOE RAEDLENeft
Neft  - Sputnik Azərbaycan, 1920, 21.06.2022
Abunə olmaq
Azərbaycan neftinin qiymətində isə ucuzlaşma qeydə alınıb
BAKI, 21 iyun — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb. "Azeri Light" markalı neftin qiyməti 1,11 dollar azalaraq 120,86 dollar olub.
“Brent” markalı neftin qiyməti 0,80 dollar artaraq 114,93 dollar, “Light” markalı neftin qiyməti isə 1,96 dollar bahalaşaraq 111,52 dollar olub.
ABŞ Prezidenti Co Baydenin ABŞ-da tənəzzülün qaçılmaz olduğu barədə açıqlaması neft bazarlarında nikbin qiymətlərin formalaşmasına səbəb olub.
Co Bayden ölkədə benzinin qiymətinin artması ilə mübarizə ilə bağlı yaxın vaxtlarda benzin vergisindən müvəqqəti azadolma elan edə biləcəklərini bildirib.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Xəbər lenti
0