QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azad olunmuş ərazilərdə işləmək üçün qırx beş mindən çox işçiyə icazə alınıb

© Photo : Azerbaijan RailwaysCəbrayılın Mahmudlu stansiyasına qədər işçi qatarlar hərəkət edir
Cəbrayılın Mahmudlu stansiyasına qədər işçi qatarlar hərəkət edir - Sputnik Azərbaycan, 1920, 21.06.2022
Abunə olmaq
Yol infrastruktunun sürətli bərpası və yenidən qurulması kimi məsələlər ölkəmiz üçün prioritet əhəmiyyətə malikdir
BAKI, 21 iyun — Sputnik. İşğaldan azad edilmiş ərazilərdə düşmən tərəfindən dağıdılmış infrastrukturun bərpası dövlətimizin qarşısında duran əsas məsələlərdən birinə çevrilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilnə xəbərə görə, yol infrastruktunun sürətli bərpası və yenidən qurulması kimi məsələlər ölkəmiz üçün prioritet əhəmiyyətə malikdir.
İşğaldan azad edilmiş ərazilərə investisiyanın cəlb edilməsi üçün tədbirlər planın hazırlanması, həyata keçirilən layihələrin dövlət strategiyalarına uyğunlaşdırılması, ərazilərimizin bərpası zamanı xüsusi olaraq nəzərə alınır. Bərabər olaraq, bu layihələr sayəsində yeni iş yerləri yaradılır ki, bu da öz növbəsində işsizlik problemlərinin də azalmasına xidmət edir.
Azad olunan torpaqlarımızda yenidənqurma işlərinin başlanması ilə bağlı cənab Prezidentin sərəncamlarına, bu istiqamətdə imkanlar, planlar və qərarlara uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən də mütəmadi olaraq mümkün və müvafiq addımlar atılır. Böyük zəhmət və vaxt tələb edən bu işlərin, sistemli şəkildə həyata keçirilən layihələrin icrası zamanı Agentlik tərəfindən ötən müddət ərzində 38726 nəfər Azərbaycan, 6808 nəfər Türkiyə vətəndaşının işğaldan azad olunmuş ərazilərimizdə aparılan yol infrastrukturu layihələrində işə cəlb olunması üçün icazələr alınıb. Davamlı olaraq yol infrastrukturu layihələrində əlavə işçi qüvvəsinə ehtiyac yarandığı zaman yeni işçilərlə bağlı da icazələrin alınması davam etdirilir.
Qarabağın dirçəlməsi istiqamətində icra olunan yol infrastrukturu layihələri azad olunan torpaqlarımızda yeni və beynəlxalq standartlar çərçivəsində infrastrukturun formalaşmasını özündə əks etdirir. İnşa olunan yolların bölgənin inkişafının sürətlənməsi, regionun tranzit əhəmiyyətinin artırılmasında əvəzsiz rolu var.
Qeyd edək ki, ərazilərdə sosial-iqtisadi inkişafa xidmət edən yol infrastrukturu layihələrinin icrası zamanı yerli şirkətlərlə yanaşı Azərbaycana dost ölkələrdən olan şirkətlərlə tərəfdaşlıq və təcrübə mübadiləsi aparılır, yolların tikintisində bu təcrübələrdən istifadə olunur.
Azərbaycan və Türkiyə münasibətlərinin inkişafı digər istiqamətlərdə olduğu kimi, yol infrastukturu sahəsi üzrə də inkişaf edir, birgə layihələrin həyata keçirilməsi və müvafiq sahə üzrə perspektiv əməkdaşlıq imkanları dəyərləndirilir, bu sahədə genişmiqyaslı işlər həyata keçirilir. Bu istiqamətdə qardaş ölkənin yol tikintisi sahəsində ixtisaslaşmış şirkətləri ilə əməkdaşlıq edilir.
Azad edilmiş ərazilərdə icra olunan yol layihələrində qarşılıqlı fikir mübadiləsi və əməkdaşlığın aparılması sözsüz ki, fəaliyyətin daha səmərəli olmasına müsbət təsir göstərir. Bu istiqamətdə qısa müddət ərzində çox böyük işlərin görülməsi bunu bir daha sübut edir.
Qazandığımız Böyük Zəfərin ardından geniş tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidən qurulan bütün infrastruktur layihələr sayəsində əhali öz doğma yurdlarına qayıtdıqdan sonra burada həyat yenidən canlanacaq, yeni iqtisadi sahələr yaranacaq və bu canlanma təkcə Azərbaycanın yox, ümumən bölgənin inkişafına gətirib çıxaracaq.
Xəbər lenti
0