https://sputnik.az/20220620/olumle-neticelenen-yol-neqliyyat-hadiselerinin-sayi-aciqlandi-443100946.html
Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı açıqlandı
Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı açıqlandı
Sputnik Azərbaycan
Ötən həftəsonu da cinayətsiz ötüşməyib, cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb. 20.06.2022, Sputnik Azərbaycan
2022-06-20T12:09+0400
2022-06-20T12:09+0400
2022-06-20T12:23+0400
ölüm
cəmiyyət
yol
nəqliyyat
hadisə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221140_336:0:3977:2048_1920x0_80_0_0_7455eed2b6b5224f444cf082d8142844.jpg
BAKI, 20 iyun — Sputnik. İyunun 18-də və 19-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 80-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 4-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, son iki gündə həmçinin öncələr axtarışda olduğuna görə ümumilikdə 66, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Qeyd olunan dövrdə respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Son iki gündə narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.Bundan başqa, ötən həftəsonu cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.Qubadlı Rayon Polis Şöbəsinin, Dövlət Təhlükəsizlik Xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əmakdaşlarının birgə keçirdikləri profilaktiki tədbirlər nəticəsində isə yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilən Bəxtiyarlı kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 2 tondan artıq olan 7856 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221140_791:0:3522:2048_1920x0_80_0_0_74f65dc7424a0abb52bb18ef0becabd5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ölüm, yol, nəqliyyat, hadisə
ölüm, yol, nəqliyyat, hadisə
Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı açıqlandı
12:09 20.06.2022 (Yenilənib: 12:23 20.06.2022) Ötən həftəsonu da cinayətsiz ötüşməyib, cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.
BAKI, 20 iyun — Sputnik. İyunun 18-də və 19-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 80-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 4-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, son iki gündə həmçinin öncələr axtarışda olduğuna görə ümumilikdə 66, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd olunan dövrdə respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
Son iki gündə narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Bundan başqa, ötən həftəsonu cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.
Qubadlı Rayon Polis Şöbəsinin, Dövlət Təhlükəsizlik Xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əmakdaşlarının birgə keçirdikləri profilaktiki tədbirlər nəticəsində isə yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilən Bəxtiyarlı kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 2 tondan artıq olan 7856 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.