https://sputnik.az/20220620/azerbaycanin-mudafie-xercleri-artirilir-443107777.html
Azərbaycanın müdafiə xərcləri artırılır
Azərbaycanın müdafiə xərcləri artırılır
Sputnik Azərbaycan
Parlament komitəsinin iclasında məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri isə 2 milyard 482,255 milyon manat səviyyəsində müəyyən edilib. 20.06.2022, Sputnik Azərbaycan
2022-06-20T14:33+0400
2022-06-20T14:33+0400
2022-06-20T15:50+0400
azərbaycan
iqtisadiyyat
büdcə
müdafiə
təhlükəsizlik
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1b/425585435_0:159:3076:1889_1920x0_80_0_0_0e7f35fdb605f65e3538cd1b85b5831f.jpg
BAKI, 20 iyun — Sputnik. Bu ilin dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən, müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard 084,760 milyon manat səviyyəsində müəyyən edilib.Bu barədə Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında" yenilənmiş qanun layihəsində deyilir. Bu, əvvəlki büdcə proqnozu ilə müqayisədə 594,868 milyon manat və ya 13,2% çoxdur.Məlumata görə, ümumi xərclərin 2 milyard 164,705 milyon manatı (əvvəlki proqnozla müqayisədə 3 milyon manat çox) müdafiə qüvvələri, 295 milyon manatı (10 milyon manat və ya 3,5 % çox) milli təhlükəsizlik, 433 milyon manatı (dəyişməyib) sərhəd xidməti, 4 milyon manatı (cüzi artıb) müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 2 milyard 187,161 milyon manatı (581,6 milyon manat və ya 36,2 % çox) müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər, 2 milyard 180,442 milyon manatı (580 milyon manat və ya 36,2 % çox) xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə nəzərdə tutulub.Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri isə 2 milyard 482,255 milyon manat səviyyəsində müəyyən edilib ki, bu da, təsdiq edilmiş proqnoz ilə müqayisədə 49,6 milyon manat və ya 2% çoxdur.Bunun 133,7 milyon manatı (əvvəlki proqnozla müqayisədə 18,9 milyon manat və ya 16,5 % çox) məhkəmə hakimiyyəti, 1 milyard 840,748 milyon manatı (84 milyon manat və ya 4,8 % çox) hüquq mühafizə, 108,6 milyon manatı (5,9 milyon manatı və ya 5,7 % çox) prokurorluq, 10 milyon manatı (dəyişməyib) məhkəmə qərarının icrası, 4 milyon manatı (cüzi artıb) hüquqi yardım, 384,9 milyon manatı (59,5 milyon manat və ya 13,4 % az) məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyətləri üzrə nəzərdə tutulub.Xatırladaq ki, 2022-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri üçün 4 milyard 489 milyon 892 min 429 manat ayrılmışdı. Bu vəsaitdən müdafiə qüvvələrinə 2 153 165 727,0 manat, milli təhlükəsizlik xərclərinə 285 501 146,0 manat, sərhəd xidmətinə 441 585 091,0 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara 4 119 118,0 manat, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə 1 600 442 500,0 manat nəzərdə tutulmuşdu.Onu da əlavə edək ki, 2021-ci ildə müdafiə və milli təhlükəsizlik xərcləri üçün proqnozlaşdırılan 4 milyard 579 milyon manatdan 4 milyard 541. 6 milyon manat icra olunub. Müdafiə və milli təhlükəsizlik xərcləri üçün ayrılan vəsaitin 99,2 faizi müvafiq istiqamətdə xərclənib.Bu, 2020-ci illə müqayisədə 786.5 milyon manat, yaxud 20.9 faiz çoxdur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1b/425585435_174:0:2903:2047_1920x0_80_0_0_c3efc2e24735ff44f6f2c20e60da37bd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, büdcə, müdafiə, təhlükəsizlik
azərbaycan, büdcə, müdafiə, təhlükəsizlik
Azərbaycanın müdafiə xərcləri artırılır
14:33 20.06.2022 (Yenilənib: 15:50 20.06.2022) Parlament komitəsinin iclasında məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri isə 2 milyard 482,255 milyon manat səviyyəsində müəyyən edilib.
BAKI, 20 iyun — Sputnik. Bu ilin dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən, müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard 084,760 milyon manat səviyyəsində müəyyən edilib.
Bu barədə Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında" yenilənmiş qanun layihəsində deyilir. Bu, əvvəlki büdcə proqnozu ilə müqayisədə 594,868 milyon manat və ya 13,2% çoxdur.
Məlumata görə, ümumi xərclərin 2 milyard 164,705 milyon manatı (əvvəlki proqnozla müqayisədə 3 milyon manat çox) müdafiə qüvvələri, 295 milyon manatı (10 milyon manat və ya 3,5 % çox) milli təhlükəsizlik, 433 milyon manatı (dəyişməyib) sərhəd xidməti, 4 milyon manatı (cüzi artıb) müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 2 milyard 187,161 milyon manatı (581,6 milyon manat və ya 36,2 % çox) müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər, 2 milyard 180,442 milyon manatı (580 milyon manat və ya 36,2 % çox) xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə nəzərdə tutulub.
Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri isə 2 milyard 482,255 milyon manat səviyyəsində müəyyən edilib ki, bu da, təsdiq edilmiş proqnoz ilə müqayisədə 49,6 milyon manat və ya 2% çoxdur.
Bunun 133,7 milyon manatı (əvvəlki proqnozla müqayisədə 18,9 milyon manat və ya 16,5 % çox) məhkəmə hakimiyyəti, 1 milyard 840,748 milyon manatı (84 milyon manat və ya 4,8 % çox) hüquq mühafizə, 108,6 milyon manatı (5,9 milyon manatı və ya 5,7 % çox) prokurorluq, 10 milyon manatı (dəyişməyib) məhkəmə qərarının icrası, 4 milyon manatı (cüzi artıb) hüquqi yardım, 384,9 milyon manatı (59,5 milyon manat və ya 13,4 % az) məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyətləri üzrə nəzərdə tutulub.
Xatırladaq ki, 2022-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri üçün 4 milyard 489 milyon 892 min 429 manat ayrılmışdı. Bu vəsaitdən müdafiə qüvvələrinə 2 153 165 727,0 manat, milli təhlükəsizlik xərclərinə 285 501 146,0 manat, sərhəd xidmətinə 441 585 091,0 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara 4 119 118,0 manat, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə 1 600 442 500,0 manat nəzərdə tutulmuşdu.
Onu da əlavə edək ki, 2021-ci ildə müdafiə və milli təhlükəsizlik xərcləri üçün proqnozlaşdırılan 4 milyard 579 milyon manatdan 4 milyard 541. 6 milyon manat icra olunub. Müdafiə və milli təhlükəsizlik xərcləri üçün ayrılan vəsaitin 99,2 faizi müvafiq istiqamətdə xərclənib.
Bu, 2020-ci illə müqayisədə 786.5 milyon manat, yaxud 20.9 faiz çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.