Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

AQTA bu ölkələrdən heyvanların gətirilməsini qadağan edib

© AFP 2024 / DIBYANGSHU SARKARQuş əti, arxiv şəkli
Quş əti, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.06.2022
Abunə olmaq
Qeyd olunan ölkələrin müəyyən inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
BAKI, 20 iyun — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Çin Xalq Respublikasının Quanqsi-Çjuanq muxtar rayonunda dabaq, İraq Respublikasının Bağdad əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
© Photo : Ministry of Agriculture (Azerbaijan)İnəklər, arxiv şəkli
Qobustan Heyvandarlıq Nümayiş Kompleksində xarici cins Simmental inəkləri - Sputnik Azərbaycan, 1920, 20.06.2022
İnəklər, arxiv şəkli
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Çin Xalq Respublikasının Quanqsi-Çjuanq muxtar rayonundan diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Bundan əlavə, İraqın Bağdad əyalətindən "WOAH"nın "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkənin həmin inzibati ərazi vahidindən diri quşların Azərbaycan Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət qoyulub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Çin Xalq Respublikasından və İraqdan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0