Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Şərqi Avropa NATO tərəfindən hərbi əməliyyatlar teatrı kimi qəbul edilir - Patruşev

© Sputnik Виктор Толочко / Mediabanka keçidRusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev - Sputnik Azərbaycan, 1920, 17.06.2022
Abunə olmaq
Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib ki, NATO hazırda konkret bir ölkənin xarici siyasətinin aləti kimi çıxış edir.
BAKI, 17 iyun — Sputnik. Şimali Atlantika Alyansının hərbi infrastrukturu Rusiya və Belarusun sərhədlərinə yaxınlaşıb və NATO bu cinahda mövcudluğunu artırmaqda davam edir. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatı (KTMT) üzrə həmkarları ilə görüşündə bildirib.
O, Şərqi Avropanın kollektiv təhlükəsizlik regionunda vəziyyətin xeyli pisləşdiyini bəyan edib:

"ABŞ və müttəfiqlərinin təcavüzkar xəttinin əsas komponentlərindən biri NATO-nun ehtiyatsız genişlənməsi olub. Bizə verilən siyasi təminatlara baxmayaraq, NATO infrastrukturu Rusiya və Belarus sərhədlərinə yaxınlaşıb".

Patruşev qeyd edib ki, KTMT-nin qərb cinahında hərbi mövcudluq qurulur, hərbi infrastruktur sürətləndirilmiş templə modernləşdirilir və alyansın çoxsaylı təlimləri keçirilir.
Onun sözlərinə görə, Şərqi Avropa Şimali Atlantika Alyansı tərəfindən ən çox ehtimal olunan hərbi əməliyyatlar teatrı kimi qəbul edilir və bunu NATO təlimləri də təsdiqləyir.
"Aydındır ki, NATO Şərqi Avropa regionunu hərbi əməliyyatların ən çox ehtimal olunan teatrı kimi görür.
Rusiya Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, bunu mayda Avropanın 19 dövlətində keçirilən və 18 minə yaxın iştirakçının qatıldığı "Avropanın Müdafiəçisi - 2022" hərbi təlimləri sübut edir.
Patruşev qeyd edib ki, NATO hazırda konkret bir ölkənin xarici siyasətinin aləti kimi çıxış edir.
"NATO faktiki olaraq, xarici siyasət aləti kimi istifadə olunur. Bu, çox aqressiv şəkildə aparılır və onsuz da çətin olan beynəlxalq təhlükəsizlik mühitini daha da gərginləşdirir", - o deyib.
ABŞ-ın bioloji proqramları
Patruşev qeyd edib ki, Moskvanın Ukraynanın Vaşinqtonun hərbi bioloji proqramları üçün bazaya çevrilməsindən ehtiyat etməsi xüsusi hərbi əməliyyat zamanı təsdiqlənib.
"Əməliyyat zamanı Ukraynanın Vaşinqtonun hərbi bioloji proqramları üçün bazaya çevrilməsi ilə bağlı şübhələrimiz təsdiqləndi. ABŞ-ın bu cür layihələri sivil dünyadan xüsusi diqqət tələb edir, çünki beynəlxalq Bioloji və Toksin Silahları Konvensiyası çərçivəsində qarşılıqlı nəzarət protokoluna yalnız ABŞ qoşulmayıb", - deyə o bildirib.
Patruşev bildirib ki, artıq kifayət qədər sübut bazası toplanıb: "ABŞ və Ukrayna tərəfindən beynəlxalq qanunların pozulmasına dair yeni faktların toplanması mütəmadi olaraq davam edir".
Rusiya Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, bioloji təhlükəsizlik sahəsində təhdidlərə cavab vermək üçün KTMT ölkələrinin bu sahədə əməkdaşlığı ilə bağlı normativ hüquqi aktların qəbulu ilə bağlı ciddi iş aparılıb.
O xatırladıb ki, sənədlər kifayət qədər uzun müddətə hazırlanıb və 2021-ci ilin sentyabrında KTMT dövlətlərində təsdiqlənmək üçün təqdim edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0