https://sputnik.az/20220617/sanksiyalar-dunyada-qayda-qanunun-olmadigini-gosterdi---belousov-442996326.html
Sanksiyalar dünyada qayda-qanunun olmadığını göstərdi - Belousov
Sanksiyalar dünyada qayda-qanunun olmadığını göstərdi - Belousov
Sputnik Azərbaycan
Rusiya Baş nazirinin birinci müavini bildirib ki, sanksiyaların istisnasız olaraq bütün ölkələrə vurduğu ən ağrılı zərbə odur ki, onlar heç bir qayda-qanun... 17.06.2022, Sputnik Azərbaycan
2022-06-17T08:14+0400
2022-06-17T08:14+0400
2022-06-17T08:14+0400
sanksiya
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442996167_0:0:3116:1753_1920x0_80_0_0_5749f02bb330c1920e7f190616f1d15b.jpg
BAKI, 17 iyun — Sputnik. Qərbin sanksiyaları dünyaya göstərdi ki, qayda-qanun artıq yoxdur. TASS xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun açılış mərasimində deyib."Dünyada böyük bir inam böhranı yaşayırıq. Sanksiyaların istisnasız olaraq bütün ölkələrə vurduğu ən ağrılı zərbə odur ki, onlar heç bir qayda-qanun olmadığını göstərdilər. Qətiyyən qayda-qanun yoxdur. Kimin "Kolt"u varsa, daha güclüdür. Burada yeganə qayda budur", - deyə Belousov bildirib.Belousov qeyd edib ki, etimad böhranı qayda-qanunsuz dünya deməkdir: "Bəs qaydaları olmayan dünya nədir? Bu, müharibədir. Faktiki olaraq, bu, müharibədir. İqtisadi müharibə, siyasi müharibə, hər necə olursa olsun", - o əlavə edib.Belousov deyib ki, indi avtarkiya ideyası cavab olaraq ortaya çıxır."Mən burada bizim iqtisadi idarələrdən birinin rəhbərinin dediklərinə diqqət çəkmək istəyirəm. O ixracın gəlirsiz olmasından, veksellər uçotundan danışdı. Gəlin, onda öz ölkəmizə qapanaq. Bu, özünü təcrid etməkdir. Biz bilirik ki, ABŞ bunun üçün çox çalışıb", - Rusiya Federasiyası Baş nazirinin birinci müavini bildirib.
https://sputnik.az/20220616/nabiullina-istehsalin-daxili-bazara-yonlendirilmesinin-vacibliyini-aciqlayib-442999317.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442996167_385:0:3116:2048_1920x0_80_0_0_2c30d880f4ebde4dacb74c1f418b13d0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sanksiya
Sanksiyalar dünyada qayda-qanunun olmadığını göstərdi - Belousov
Rusiya Baş nazirinin birinci müavini bildirib ki, sanksiyaların istisnasız olaraq bütün ölkələrə vurduğu ən ağrılı zərbə odur ki, onlar heç bir qayda-qanun olmadığını göstərdilər.
BAKI, 17 iyun — Sputnik. Qərbin sanksiyaları dünyaya göstərdi ki, qayda-qanun artıq yoxdur. TASS xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun açılış mərasimində deyib.
"Dünyada böyük bir inam böhranı yaşayırıq. Sanksiyaların istisnasız olaraq bütün ölkələrə vurduğu ən ağrılı zərbə odur ki, onlar heç bir qayda-qanun olmadığını göstərdilər. Qətiyyən qayda-qanun yoxdur. Kimin "Kolt"u varsa, daha güclüdür. Burada yeganə qayda budur", - deyə Belousov bildirib.
Belousov qeyd edib ki, etimad böhranı qayda-qanunsuz dünya deməkdir: "Bəs qaydaları olmayan dünya nədir? Bu, müharibədir. Faktiki olaraq, bu, müharibədir. İqtisadi müharibə, siyasi müharibə, hər necə olursa olsun", - o əlavə edib.
Belousov deyib ki, indi avtarkiya ideyası cavab olaraq ortaya çıxır.
"Mən burada bizim iqtisadi idarələrdən birinin rəhbərinin dediklərinə diqqət çəkmək istəyirəm. O ixracın gəlirsiz olmasından, veksellər uçotundan danışdı. Gəlin, onda öz ölkəmizə qapanaq. Bu, özünü təcrid etməkdir. Biz bilirik ki, ABŞ bunun üçün çox çalışıb", - Rusiya Federasiyası Baş nazirinin birinci müavini bildirib.