https://sputnik.az/20220617/rusiya-bazarinda-yeni-istiqrazlarin-buraxilmasi-gozlenir-443034021.html
Rusiya bazarında yeni istiqrazların buraxılması gözlənir
Rusiya bazarında yeni istiqrazların buraxılması gözlənir
Sputnik Azərbaycan
Rusiya Bankı sədrinin birinci müavini bildirib ki, şirkətlər "yaşıl" istiqrazlar üçün müraciət etməyə davam edirlər. 17.06.2022, Sputnik Azərbaycan
2022-06-17T14:43+0400
2022-06-17T14:43+0400
2022-06-17T14:54+0400
rusiya
forum
iqtisadiyyat
sankt-peterburq
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441550276_0:0:2944:1656_1920x0_80_0_0_807bf77bd5465253044699a2c2dee8a9.jpg
BAKI, 17 iyun — Sputnik. Rusiya şirkətləri "yaşıl" istiqrazların buraxılması üçün ərizələr hazırlamağa və təqdim etməyə davam edirlər. TASS xəbər verir ki, bunu Rusiya Bankı sədrinin birinci müavini Vladimir Çistyuxin jurnalistlərə bildirib."Şirkətlər "yaşıl" istiqrazlar üçün müraciət etməyə davam edirlər. Onların fikrincə, bu, kreditlərin cəlb edilməsi üçün kifayət qədər düzgün istiqamətdir", - o, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (PBİF) çərçivəsində deyib.Daha əvvəl AKRA-nın rəhbəri Mixail Suxov bildirmişdi ki, 2022-ci ilin sonuna qədər Rusiya bazarında yeddiyə qədər yeni "yaşıl" istiqrazların buraxılması gözlənilir.İyunun 15-dən 18-dək "Roskonqres" Fondunun təşkilatçılığı ilə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilir.Forumun builki mövzusu "Yeni dünya – yeni imkanlar"dır. Tədbirə həmçinin KOB-lar, yaradıcı biznes, Dərman Təhlükəsizliyi, "SPIEF Junior" və "SPIEF" İdman Həftəsi üçün forumlar daxildir. TASS tədbirin aparıcı fotoagentliyi və media tərəfdaşı kimi çıxış edir.Xatırladaq ki, bu gün PBİF-də Rusiya Prezidenti Vladimir Putinin çıxışı gözlənilir.Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (PBİF) çıxışın hazırlanmasında şəxsən iştirak edir və buna çox məsuliyyətlə yanaşır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220617/putinin-forumda-edeceyi-cixisin-ehemiyyetini-ifade-etmek-cetindir---peskov-443015615.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441550276_307:0:2515:1656_1920x0_80_0_0_e0caad230fc8fec90f5a6deb2b09f8e2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
forum, iqtisadiyyat, sankt-peterburq
forum, iqtisadiyyat, sankt-peterburq
Rusiya bazarında yeni istiqrazların buraxılması gözlənir
14:43 17.06.2022 (Yenilənib: 14:54 17.06.2022) Rusiya Bankı sədrinin birinci müavini bildirib ki, şirkətlər "yaşıl" istiqrazlar üçün müraciət etməyə davam edirlər.
BAKI, 17 iyun — Sputnik. Rusiya şirkətləri "yaşıl" istiqrazların buraxılması üçün ərizələr hazırlamağa və təqdim etməyə davam edirlər. TASS xəbər verir ki, bunu Rusiya Bankı sədrinin birinci müavini Vladimir Çistyuxin jurnalistlərə bildirib.
"Şirkətlər "yaşıl" istiqrazlar üçün müraciət etməyə davam edirlər. Onların fikrincə, bu, kreditlərin cəlb edilməsi üçün kifayət qədər düzgün istiqamətdir", - o, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (PBİF) çərçivəsində deyib.
Daha əvvəl AKRA-nın rəhbəri Mixail Suxov bildirmişdi ki, 2022-ci ilin sonuna qədər Rusiya bazarında yeddiyə qədər yeni "yaşıl" istiqrazların buraxılması gözlənilir.
İyunun 15-dən 18-dək "Roskonqres" Fondunun təşkilatçılığı ilə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilir.
Forumun builki mövzusu "Yeni dünya – yeni imkanlar"dır. Tədbirə həmçinin KOB-lar, yaradıcı biznes, Dərman Təhlükəsizliyi, "SPIEF Junior" və "SPIEF" İdman Həftəsi üçün forumlar daxildir. TASS tədbirin aparıcı fotoagentliyi və media tərəfdaşı kimi çıxış edir.
Xatırladaq ki, bu gün PBİF-də Rusiya Prezidenti Vladimir Putinin çıxışı gözlənilir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (PBİF) çıxışın hazırlanmasında şəxsən iştirak edir və buna çox məsuliyyətlə yanaşır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.