https://sputnik.az/20220617/putinin-forumda-edeceyi-cixisin-ehemiyyetini-ifade-etmek-cetindir---peskov-443015615.html
Putinin forumda edəcəyi çıxışın əhəmiyyətini ifadə etmək çətindir - Peskov
Putinin forumda edəcəyi çıxışın əhəmiyyətini ifadə etmək çətindir - Peskov
Sputnik Azərbaycan
Rusiya Prezidentinin mətbuat katibi bildirib ki, həm forum, həm də Putinin çıxışı dünya diplomatiyasında, iqtisadiyyatında və siyasətində misli görünməmiş... 17.06.2022, Sputnik Azərbaycan
2022-06-17T11:25+0400
2022-06-17T11:25+0400
2022-06-17T11:53+0400
rusiya
rusiya prezidenti vladimir putin
peskov
forum
sankt-peterburq
https://cdnn1.img.sputnik.az/img/07e6/06/11/443018299_0:0:3072:1728_1920x0_80_0_0_b3d11e17c48ce20f8d0d34292a78c46b.jpg
BAKI, 17 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (PBİF) çıxışın hazırlanmasında şəxsən iştirak edir və buna çox məsuliyyətlə yanaşır. Bunu RF Prezidentinin mətbuat katibi Dmitri Peskov PBİF çərçivəsində Rusiyanın Birinci Kanalına müsahibəsində deyib.Peskovun sözlərinə görə, prezident çıxışı zamanı iqtisadi proseslərdən danışacaq."Əlbəttə ki, hazırda iqtisadiyyat, xüsusən də dünya məsələlərində, demək olar ki, siyasətin girovuna çevrilir, onu qurban kimi siyasətin qurbangahına qoyublar. Bununla belə, əsas diqqət iqtisadiyyata yönəlib. Vəziyyətin iqtisadiyyata necə təsir etməsi, Qərbin düşmən davranışları qarşısında iqtisadiyyatımızın necə mövcud olacağı barədə müzakirələr aparılacaq. Dünyanın digər yerlərində yeni dostlar axtarıb tapmağımız və hal-hazırda dünya iqtisadiyyatının müxtəlif sektorlarında yaşanan böhranın səbəblərindən danışılacaq. Bu böhranı biz dünya iqtisadiyyatının müxtəlif sektorlarında görə bilərik", - deyə o əlavə edib."Hazırda ölkəmizə qarşı misli görünməmiş iqtisadi müharibənin başlanmasına baxmayaraq, şübhəsiz ki, hamı Putinin çıxışını böyük diqqətlə dinləyəcək", deyə o bildirib.Prezidentin mətbuat katibi qeyd edib ki, həm forum, həm də Putinin çıxışı dünya diplomatiyasında, iqtisadiyyatında və siyasətində misli görünməmiş hadisələrlə üst-üstə düşür:Qeyd edək ki, Rusiyanın şimal paytaxtında XXV Sankt-Peterburq İqtisadiyyat Forumu keçirilir."Roskonqres" Fondunun təşkilatçılığı ilə keçirilən XXV, yubiley Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 18-dək davam edəcək. Forumun builki mövzusu "Yeni dünya – yeni imkanlar"dır.Tədbir çərçivəsində həmçinin kiçik və orta sahibkarlıq, yaradıcı biznes, Dərman Təhlükəsizliyi, PBİF Junior və SPIEF İdman Həftəsi forumları keçiriləcək. Tədbirin aparıcı foto və media tərəfdaşı TASS agentliyidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/11/443018299_341:0:3072:2048_1920x0_80_0_0_0902d7013f5396db19994d0374c6a872.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin, peskov, forum, sankt-peterburq
rusiya prezidenti vladimir putin, peskov, forum, sankt-peterburq
Putinin forumda edəcəyi çıxışın əhəmiyyətini ifadə etmək çətindir - Peskov
11:25 17.06.2022 (Yenilənib: 11:53 17.06.2022) Rusiya Prezidentinin mətbuat katibi bildirib ki, həm forum, həm də Putinin çıxışı dünya diplomatiyasında, iqtisadiyyatında və siyasətində misli görünməmiş hadisələrlə üst-üstə düşür.
BAKI, 17 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (PBİF) çıxışın hazırlanmasında şəxsən iştirak edir və buna çox məsuliyyətlə yanaşır. Bunu RF Prezidentinin mətbuat katibi Dmitri Peskov PBİF çərçivəsində Rusiyanın Birinci Kanalına müsahibəsində deyib.
"Prezident özü hazırlıqda şəxsən iştirak edir, o, buna çox məsuliyyətlə yanaşır. Təbii ki, biz onun baş verənlərə münasibətini və gələcəyə baxışını gözləyəcəyik", - o deyib.
Peskovun sözlərinə görə, prezident çıxışı zamanı iqtisadi proseslərdən danışacaq.
"Əlbəttə ki, hazırda iqtisadiyyat, xüsusən də dünya məsələlərində, demək olar ki, siyasətin girovuna çevrilir, onu qurban kimi siyasətin qurbangahına qoyublar. Bununla belə, əsas diqqət iqtisadiyyata yönəlib. Vəziyyətin iqtisadiyyata necə təsir etməsi, Qərbin düşmən davranışları qarşısında iqtisadiyyatımızın necə mövcud olacağı barədə müzakirələr aparılacaq. Dünyanın digər yerlərində yeni dostlar axtarıb tapmağımız və hal-hazırda dünya iqtisadiyyatının müxtəlif sektorlarında yaşanan böhranın səbəblərindən danışılacaq. Bu böhranı biz dünya iqtisadiyyatının müxtəlif sektorlarında görə bilərik", - deyə o əlavə edib.
"Hazırda ölkəmizə qarşı misli görünməmiş iqtisadi müharibənin başlanmasına baxmayaraq, şübhəsiz ki, hamı Putinin çıxışını böyük diqqətlə dinləyəcək", deyə o bildirib.
Prezidentin mətbuat katibi qeyd edib ki, həm forum, həm də Putinin çıxışı dünya diplomatiyasında, iqtisadiyyatında və siyasətində misli görünməmiş hadisələrlə üst-üstə düşür:
"Bu, prezidentin səsləndirəcəyi sözlərə daha da əhəmiyyət qatır. Ona görə də bu çıxışın əhəmiyyətini ifadə etmək çox çətindir", - Peskov bildirib.
Qeyd edək ki, Rusiyanın şimal paytaxtında XXV Sankt-Peterburq İqtisadiyyat Forumu keçirilir.
"Roskonqres" Fondunun təşkilatçılığı ilə keçirilən XXV, yubiley Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 18-dək davam edəcək. Forumun builki mövzusu "Yeni dünya – yeni imkanlar"dır.
Tədbir çərçivəsində həmçinin kiçik və orta sahibkarlıq, yaradıcı biznes, Dərman Təhlükəsizliyi, PBİF Junior və SPIEF İdman Həftəsi forumları keçiriləcək. Tədbirin aparıcı foto və media tərəfdaşı TASS agentliyidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.