https://sputnik.az/20220616/azerbaycanda-meymunciceyine-yoluxan-sexs-var-nazirlikden-yayilan-foto-ile-bagli-aciqlama-442972978.html
Azərbaycanda meymunçiçəyinə yoluxan şəxs var? Nazirlikdən yayılan foto ilə bağlı açıqlama
Azərbaycanda meymunçiçəyinə yoluxan şəxs var? Nazirlikdən yayılan foto ilə bağlı açıqlama
Sputnik Azərbaycan
Səhiyyə Nazirliyi avtobusda qolunda meymunçiçəyinə bənzər səpgiləri olan sərnişinin yayılmış şəkilinə münasibət bildirib. 16.06.2022, Sputnik Azərbaycan
2022-06-16T12:25+0400
2022-06-16T12:25+0400
2022-06-16T12:26+0400
meymunçiçəyi
səhiyyə
yoluxma
https://cdnn1.img.sputnik.az/img/07e6/06/06/442614482_0:248:2975:1922_1920x0_80_0_0_e198e61688c4251d6e94585ae0ab0b6d.jpg
BAKI, 16 iyun — Sputnik. Səhiyyə Nazirliyi Azərbaycanda meymunçiçəyinə yoluxma faktının olduğuna şübhə yaradan şəkilə münasibət bildirib. Nazirliyin yaydığı məlumatda bildirilir ki, bəzi sosial şəbəkələrdə və mətbuatda qeyd olunan ehtimallara cavab olaraq bildiririk ki, Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb. Yoluxma faktı aşkar olunarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə yayılan foto cəmiyyətdə ciddi narahatlıq yaradıb. Belə ki, avtobusda sərnişinlərdən birinin qolundakı səpkilər digərlərinin diqqətini çəkib. Xanım sərnişinin qolundakı səpkilərin yumru və iri suluq formasında olması ağla ilk olaraq gündəmdə olan suçiçəyi və meymunçiçəyi infeksiyasını gətirib. Lakin bu, fərqli dəri xəstəliyi də ola bilər. Məsələ ilə bağlı narahatlıq keçirən şəxslər paylaşımın altında müxtəlif şərhlər yazaraq aidiyyəti qurumların mövcud vəziyyətə münasibət bildirmələrini tələb ediblər.Gürcüstanda meymunçiçəyinə ilk yoluxma faktı laboratoriyada təsdiqlənib. Bu barədə Sputnik Gürcüstan ölkənin Birinci Kanalına istinadən xəbər yayıb.Xəstəlik bir nəfər Avropadan qayıtdıqdan sonra müəyyən edilib. Mütəxəssislər xəstənin təmasda olduğu hər kəsə nəzarət edirlər, lakin heç bir halda klinik əlamətlər aşkar edilməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/06/442614482_244:0:2975:2048_1920x0_80_0_0_bc7b00c90b32c17e3158384ced423139.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
meymunçiçəyi, yoluxma
Azərbaycanda meymunçiçəyinə yoluxan şəxs var? Nazirlikdən yayılan foto ilə bağlı açıqlama
12:25 16.06.2022 (Yenilənib: 12:26 16.06.2022) Səhiyyə Nazirliyi avtobusda qolunda meymunçiçəyinə bənzər səpgiləri olan sərnişinin yayılmış şəkilinə münasibət bildirib.
BAKI, 16 iyun — Sputnik. Səhiyyə Nazirliyi Azərbaycanda meymunçiçəyinə yoluxma faktının olduğuna şübhə yaradan şəkilə münasibət bildirib. Nazirliyin yaydığı məlumatda bildirilir ki, bəzi sosial şəbəkələrdə və mətbuatda qeyd olunan ehtimallara cavab olaraq bildiririk ki, Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb. Yoluxma faktı aşkar olunarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə yayılan foto cəmiyyətdə ciddi narahatlıq yaradıb. Belə ki, avtobusda sərnişinlərdən birinin qolundakı səpkilər digərlərinin diqqətini çəkib. Xanım sərnişinin qolundakı səpkilərin yumru və iri suluq formasında olması ağla ilk olaraq gündəmdə olan suçiçəyi və meymunçiçəyi infeksiyasını gətirib. Lakin bu, fərqli dəri xəstəliyi də ola bilər. Məsələ ilə bağlı narahatlıq keçirən şəxslər paylaşımın altında müxtəlif şərhlər yazaraq aidiyyəti qurumların mövcud vəziyyətə münasibət bildirmələrini tələb ediblər.
Gürcüstanda meymunçiçəyinə ilk yoluxma faktı laboratoriyada təsdiqlənib. Bu barədə Sputnik Gürcüstan ölkənin Birinci Kanalına istinadən xəbər yayıb.
Xəstəlik bir nəfər Avropadan qayıtdıqdan sonra müəyyən edilib. Mütəxəssislər xəstənin təmasda olduğu hər kəsə nəzarət edirlər, lakin heç bir halda klinik əlamətlər aşkar edilməyib.