https://sputnik.az/20220616/-dunyada-erzaq-bohrani-qacilmazdir-442970983.html
Dünyada ərzaq böhranı qaçılmazdır
Dünyada ərzaq böhranı qaçılmazdır
Sputnik Azərbaycan
Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Prezidenti Forumun açılış mərasimində iştirak edir 16.06.2022, Sputnik Azərbaycan
2022-06-16T11:56+0400
2022-06-16T11:56+0400
2022-06-16T11:57+0400
ərzaq
azərbaycan xəbərləri
prezident ilham əliyev
çıxış
böhran
https://cdnn1.img.sputnik.az/img/42412/26/424122635_0:0:3073:1728_1920x0_80_0_0_e3789489d36549c185d240421611c303.jpg
BAKI, 16 iyun — Sputnik. Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndlərin yerinə yetirilməsi regionda sülh və əmin-amanlığın bərqərar olmasının təməl sütunudur.Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.Dövlətimizin başçısı həmçinin deyib: "Otuzillik işğal dövründə Ermənistan xalqı xoşbəxt deyildi. Əksinə, onlar beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanınırdı. Müharibə bitdikdən sonra hər kəs onların işğal zamanı hansı dağıntıları törətdiklərini gördü".Prezident diqqətə çatdırıb ki, Qlobal Bakı Forumu müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv və yaxşı platformadır, bu, belə də olmalıdır. Çünki dünyanı daha təhlükəsiz etmək üçün biz hamımız birlikdə işləməliyik."Eyni zamanda, gündəlikdəki məsələlərdən biri ərzaq böhranı ilə mübarizədə aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının rolunun nədən ibarət olmasıdır. Çünki böhran qaçılmazdır və artıq yaxındadır. Beynəlxalq təşkilatlar və ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalıdırlar", - deyə dövlətimizin başçısı vurğulayıb.Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu gün "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Qlobal Bakı Forumu başlayıb.Azərbaycan Prezidenti İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunda çıxış edib.Sayca 9-cu olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlər müzakirə olunacaq.Tədbirdə dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.Qlobal Bakı Forumu — Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Forumdur. 2013-2022-ci illər aralığında sayca 8 forum baş tutub. Sonuncu, VIII Qlobal Bakı Forumu 4-6 noyabr 2021-ci il tarixlərində keçirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42412/26/424122635_0:0:2731:2048_1920x0_80_0_0_4ff2cd9a92c8d4eed3ecb81020940b35.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ərzaq, prezident ilham əliyev, çıxış, böhran
ərzaq, prezident ilham əliyev, çıxış, böhran
Dünyada ərzaq böhranı qaçılmazdır
11:56 16.06.2022 (Yenilənib: 11:57 16.06.2022) Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Prezidenti Forumun açılış mərasimində iştirak edir
BAKI, 16 iyun — Sputnik. Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndlərin yerinə yetirilməsi regionda sülh və əmin-amanlığın bərqərar olmasının təməl sütunudur.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.
Dövlətimizin başçısı həmçinin deyib: "Otuzillik işğal dövründə Ermənistan xalqı xoşbəxt deyildi. Əksinə, onlar beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanınırdı. Müharibə bitdikdən sonra hər kəs onların işğal zamanı hansı dağıntıları törətdiklərini gördü".
Prezident diqqətə çatdırıb ki, Qlobal Bakı Forumu müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv və yaxşı platformadır, bu, belə də olmalıdır. Çünki dünyanı daha təhlükəsiz etmək üçün biz hamımız birlikdə işləməliyik.
"Eyni zamanda, gündəlikdəki məsələlərdən biri ərzaq böhranı ilə mübarizədə aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının rolunun nədən ibarət olmasıdır. Çünki böhran qaçılmazdır və artıq yaxındadır. Beynəlxalq təşkilatlar və ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalıdırlar", - deyə dövlətimizin başçısı vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu gün "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Qlobal Bakı Forumu başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunda çıxış edib.
Sayca 9-cu olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlər müzakirə olunacaq.
Tədbirdə dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.
Qlobal Bakı Forumu — Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Forumdur. 2013-2022-ci illər aralığında sayca 8 forum baş tutub. Sonuncu, VIII Qlobal Bakı Forumu 4-6 noyabr 2021-ci il tarixlərində keçirilib.