Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

FHN sel fəlakəti barədə xəbərdarlıq etdi

© Sputnik / Ibrahim HashimovKatex çayı
Katex çayı - Sputnik Azərbaycan, 1920, 12.06.2022
Abunə olmaq
Daşkəsəndə yağan güclü yağış nəticəsində sel baş verib, kommunikasiya xətlərinə, körpülərə, vətəndaşların təsərrüfatlarına ziyan dəyib, bir neçə avtomobili sel aparıb.
BAKI, 12 iyun - Sputnik. İyun ayının 10-da axşam saatlarından etibarən Daşkəsən rayonunda yağan güclü yağış nəticəsində bəzi dağ çaylarından qısamüddətli sel keçib.
Kommunikasiya xətlərinə, körpülərə, vətəndaşların təsərrüfatlarına ziyan dəyib, bir neçə avtomobili sel aparıb.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda aidiyyəti qurumlar selin fəsadlarının aradan qaldırılması ilə məşğuldur.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək sel və daşqın təhlükəli ərazilərdən uzaq durmağı, belə bir təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı və Nazirliyin “112” qaynar telefon xəttinə məlumat verməyi tövsiyə edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0